9 C
Baku
Thursday, December 12, 2024

İdxal üzrə koordinator – Grow Group Azerbaijan

0
İdxal üzrə koordinator – Grow Group Azerbaijan
Bakı
08.04.2024

Yerləşmə yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Şirkətə maraqlı  potensial xarici tədarükçülər haqqında məlumatların toplanması və rəhbərliyə təqdim edilməsi;
  • Xarici tədarükçülərlə işgüzar münasibətlərin və əməkdaşlığın qurulması
  • Yaranmış tələbata uyğun olaraq xaricdə istehsal olunan məhsulların bazar araşdırmasının həyata keçirilməsi;
  • İdxal sifarişlərinin xarıcı təchizatçi  şirkətlərinə verilməsi, Maliyyə departamentinin tərəfindən ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət;
  • Satış komandasına müştərilərə kommersiya  təkliflərinin  təqdim olunması üçün zəruri məlumatların verilməsinə nəzarət;
  • Daşınmalaranın və gömrük rəsmiləşdirilməsinin təşkili üçün Loqistika şöbəsinə zəruri məlumatların təqdim edilməsinə nəzarət;
  • Anbar qalığı məlumatı  əsasında sifariş olunacaq  məhsullar haqqında rəhbərliyə məlumatın təqdim olunması;
  • Sifarişlər zamanı daşınma şirkətləri ilə  və gömrükdə yaranan problemlərin həlli;
  • İdxal prosedurları ilə bağlı sertifikatların və icazələrin vaxtında əldə olunmasına nəzarət;
  • Sərgilərdə iştirak, potensial partnyorlarla görüşlərin keçirilməsi və danışıqların aparılması;
  • Hava, dəniz və ya quru nəqliyyatı ilə sifarişlərin çadtırılmasını təmin etməsi üçün nəqliyyat şirkətləri ilə danışıqların aparılması və zəruri məlumatların təqdim edilməsi;
  • Təcizatçilar tərəfindən qöndərilən İdxal sənədlərində olan məlumatların düzgün olduğunun yoxlaması (çəki, qiymət, ad, ünvan, HS kodu və s.);
  • AQTA-dan lazımı icazələrin və sertifikatların  alınması üçün zəruri tədbirlərin həyata keçirilməsi (məlumatların müvafiq elektron sisteminə daxil edilməsi, rüsumların və xidmət haqlarının ödənişinin təşkili);
  • Diqər dövlət qurumlarından idxal olunan mallar üçün sertifikatların, təsdiqedici sənədlərin və lisenziyaların alınmasının təşkil edilməsi;
  • İdxal sənədlərin logistika şöbəsinə qömrük rəsmiləşdirilməsi üçün  təqdim olunması;

Tələblər:

  • Ali təhsili;
  • Analoji vəzifədə minimum 3 il iş stajı;
  • MS Office programını yaxşı bilmək;
  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
  • Yüksək təşkilatçılıq bacarıqları;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Analitik düşünmə bacarığı və problemin həllinə sistemli yanaşma yönümlüyü.
  • Məlumatların və performans göstəricilərinin təhlili bacarıqları.

Şərtlər:

  • İş qrafiki 9:00 – 18:00, BE-Ş;
  • Azərbaycan Respublikası ƏM üzrə rəsmiləşdirmə;
  • Müsahibə nəticələrinə görə rəqabət qabiliyyətli əmək haqqı;
  • Peşəkar iş mühiti.

Müsahibə bütün alınmış CV-lərə baxıldıqdan sonra keçiriləcək.

CV – lər 04 May 2024-cü il tarixinədək qəbul edilir.

Fotoşəkilli CV formasını mövzu hissəsində “İdxal üzrə koordinator” vəzifəsi və gözlənilən əmək haqqı göstərilməklə e-mail ünvanına göndərmənizi xahiş edirik.

Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.  [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər