Bakı
29.04.2024
İşin təsviri
Vəzifə öhdəlikləri:
- Fəaliyyət istiqamətləri üzrə araşdırmalar aparmaq;
- Hədəf qruplar üçün yeni və yaradıcı satış və marketinq təklifləri hazırlamaq;
- Satış həcminin artırılması məqsədilə layihələr üzrə görülməsi nəzərdə tutulan işləri icra etmək;
- Marketinq komandası ilə yaxın işbirliyi içində çalışaraq gəlir artımı hədəflərinə çatmaq;
- Müştəri ehtiyaclarını anlamaq və müştəri məmnuniyyətini artırmağa yönəlik həllər təklif etmək;
- Yeni potensial əməkdaşlıqlar üçün imkanlar tapmaq və təkliflər irəli sürmək;
- Biznes strategiyasının inkişafında və icrasında iştirak etmək;
- Müəyyən edilmiş xidmət standartlarına uyğun gərəkli sənədləşməni aparmaq;
- Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətləri və sorğulara qanunverciliyə uyğun olaraq cavablandırmaq.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office (sərbəst);
- Biznesin idarə olunması və təşkilinə dair biliklərə sahib olmalı;
- Rəqəmsal informasiya sistemlərindən istifadə qaydalarını yaxşı bilməli.
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 02.05.2024-cü il tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |