Bakı
03.05.2024
İşin təsviri
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Vəzifə və Öhdəlikləri:
- Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
- Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
- Şirkətin struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yarana biləcək hüquqi mübahisələri tənzimləmək;
- Şirkətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində şirkətin qanuni maraqlarının etibarlı müdafiəsini təmin etmək;
- Şirkətin göstərmiş olduğu xidmətlər nəticəsində vaxtında icra edilməmiş öhdəliklərin yerinə yetirilməsi istiqamətində hüquqi tədbirləri həyata keçirmək;
- Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
- İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
- Hüquqi qaydalara uyğun olaraq zəmanətlərin hazırlanması və təqdim olunması prosesini səmərəli şəkildə qurulmasını təmin etmək;
- Müştərilərlə və Şirkətin zəmanətlərlə bağlı yarana biləcək konfliktlərin hüquqi qaydada həll olunmasını təşkil etmək;
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi.
Tələb olunan biliklər:
- Ali hüquq təhsili ;
- Müvafiq sahə üzrə 3 ilə qədər iş təcrübəsi ;
- Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır;
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
- AR-nın mülki (xüsusilə əqdlər, korporativ hüquq daxil olmaqla), inzibati, gömrük, vergi, əmək, miqrasiya, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməli;
- Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi;
- Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi;
- Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi;
Tələb olunan səriştələr:
- Məsuliyyət və dəqiqlik;
- Problem həlletmə və qərar vermə;
- Analitik düşüncə qabiliyyəti;
İş şəraiti:
- İş yeri: Azerfloat QSC Bakı ofisi
- İş qrafiki: 5 günlük/09:00- 18:00
- Tibbi sığorta
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “hüquqşünas” yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |