26 C
Baku
Sunday, April 21, 2024

🔴CANLI: Rusiya-Ukrayna müharibəsinin 54-cü günü

17:40 — Fransa prezidentliyə namizəd Marin Le Pen deyib ki, “Rusiya böyük gücdür, Avropanın onunla yaxınlaşması qitənin təhlükəsizliyinin maraqları naminə lazımdır”.

17:37 — Putin Rusiyanın xarici ticarətinin rubla və digər ölkələrin milli valyutalarına keçidini sürətləndirməyi tapşırıb.

17:36 — Putin: Rusiyada rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı kifayət qədər aşağı səviyyədədir.

17:32 —  Rusiya iqtisadiyyatında vəziyyət sabitləşir, rublun məzənnəsi ilin əvvəlindəki səviyyələrə qayıdır, Rusiya Prezidenti Valdimir Putin sosial-iqtisadi məsələlərlə bağlı müşavirədə bildirib.

17:20 —  Putin Rusiya Federasiyasına qarşı sanksiyaların nəticələrindən biri kimi avropalıların həyat səviyyəsinin aşağı düşməsini qeyd edib.

16:40 —  Ukraynanın “Azov” alayı Mariupolu şəhərini ələ keçirməyə çalışan Rusiya hərbçilərinin zərərsizləşdirilməsi görüntülərini paylaşıb.

16:30 — Rusiya bolqarıstanlı diplomatları ölkədən çıxarır

16:20 — Putin: “Rusiya Qərbin görünməmiş sanksiyalarına tab gətirib”

16:00 —Ukrayna Silahlı Qüvvələrinin keçirdikləri əməliyyat nəticəsində Rusiyanın 49-cu zenit-raket briqadasının komandiri, polkovnik İvan Qrişini öldürülüb.

Məlumatı Ukrayna Silahlı Qüvvələri Strateji Kommunikasiya İdarəsi feysbuk səhifəsində yayıb.

14:46 — Ukrayna mülki əhalisi arasında hazırda 2500-dən çox həlak olan, 900-dək itkin düşən, 50-dən artıq oğurlanan şəxs barədə cinayət işinin təhqiqatı aparılır.

Bunu Ukrayna Milli Polisi Baş İstintaq İdarəsi rəisinin birinci müavini Sergiy Panteleyev brifinqdə bildirib.

10:30 — Rusiya Silahlı Qüvvələri Ukraynanın Luqansk vilayətinin Kreminna şəhərinə daxil olub.

Bu barədə Luqansk vilayət administrasiyasının sədri Sergey Qayday feysbukda yazıb. Onun sözlərinə görə, hazırda şəhərdə küçə döyüşləri gedir, evakuasiya mümkün deyil.

08:59 — Kosmetika şirkəti “L’Occitane” Rusiyada məhsulların onlayn satışı üçün mağazalarını və saytlarını bağlayır. Qrupun bu yaxınlarda dərc etdiyi açıqlamada izah edildiyi kimi, qərar Ukraynadakı vəziyyətlə bağlıdır.

08:00 —Çinin “Global Times” qəzetində qeyd edilir ki, ABŞ öz xeyrinə Ukraynada uzunmüddətli münaqişə axtarır. Onlara görə, Rusiyanın xüsusi əməliyyatı başladıqdan sonra Vaşinqtonun demək olar ki, bütün hərəkətləri hərbi əməliyyatların uzadılmasına yönəlib. Bunun üçün ABŞ bütün səylərini səfərbər edib.

Məqalədə qeyd olunur ki, Vaşinqton müharibədə silah istehsalçılarına dəstək nümayiş etdirir.Hazırda silah şirkətlərinin səhmləri yüksək göstəricilərə malikdir.

Bundan əlavə, ABŞ Avropa və NATO-nun manipulyasiyasından geosiyasi dividendlər almaq istəyir.

07:30 — Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib ki, Belarus ordusu qonşu Qərb ölkələrinin mümkün təxribatına cavab verməyə hazırlaşır.

04:00 — KİV: Mariupolda məsciddə girovluqdan azad olunan müsəlmanlar Azərbaycan vətəndaşlarıdır

03:27 —Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci mərhələsi rəsmən başlayıb, bu barədə Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.

02:19 —Ukrayna Prezidenti Volodimir Zelenski Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva ilə telefon danışığı aparıb. Bu barədə Ukrayna lideri tviterdə yazır.

01:45 —Ukrayna G7 (“Böyük Yeddilik”) ölkələrindən 50 milyard dollar məbləğində maliyyə dəstəyi istəyib, bu barədə Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.

01:10 — Ukraynadakı münaqişə inkişaf etməkdə olan ölkələrə qarşı “səssiz hücumdur” və 1,7 milyard insanı yoxsulluq təhlükəsi ilə üz-üzə qoyur. Bunu BMT-nin baş katibi Antoniu Quterreş deyir.

00:56 —Ukrayna silahlı qüvvələri Xarkov vilayətində əks-hücum nəticəsində bir neçə yaşayış məntəqəsini azad edib.

00:23 — Rusiya MN: Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin Xarkov vilayətində Ukraynanın iki “MiQ-29” təyyarəsini vurub


Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər