24 C
Baku
Bazar, May 29, 2022

🔴CANLI: Rusiya-Ukrayna müharibəsinin 51-ci günü

15:48 — Şimali Makedoniya altı rus diplomatını ölkədən çıxarır

15:45 — “Moskva” kreyserinin komandiri Anton Kuprin göyərtəsində baş verən partlayış və yanğın zamanı həlak olub. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

15:34 — Zelenski bildirib ki, Mariupolda rus ordusu şəhərdəki binaların 95%-ni dağıdıblar.

14:46 — İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib ki, İtaliya Rusiya qazının pulunu rublla ödəməyəcək. Onun sözlərinə görə, Rusiyanın şərtləri ilə razılaşmaq Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Qərbin tətbiq etdiyi sanksiyalara məhəl qoymamaq deməkdir. Texniki cəhətdən XİN rəhbəri hesab edir ki, Rusiya müqavilənin şərtlərinə birtərəfli qaydada yenidən baxaraq özünə qarşı embarqo tətbiq edir.

“Mən əminəm ki, İtaliya heç bir şantaja dözməli deyil. Təchizatları şaxələndirmək lazımdır, hələki bunu etməmişik, amma etməliyik. Və bu məsələdə həddindən artıq ehtiyatlı olmalıyıq”.

13:42 — Rusiya Xarici İşlər Nazirliyi, Finlandiya və İsveçin NATO-ya qoşulduqda nəticələrinin olacağını deyir.

11:20 — “Apple” Rusiyanın “Alfa-Bank” bankının tətbiqini “App Store”dan silib.

09:56 — Rusiyanın beynəlxalq qızıl ehtiyatları 2.9 milyard dollar artaraq 609.4 milyard dollar təşkil edib, bu barədə Rusiya Mərkəzi Bankı məlumat verib.

08:45 — ABŞ senatoru Stiv Deyns və nümayəndələr palatasının üzvü Viktoriya Şparts Kiyevə səfər edib.

08:25 — Ukrayna silahlı qüvvələri sutka ərzində Rusiya ordusunun 6 hücumunu dəf edib

08:20 — Ukrayna Prezidenti Vladimir Zelenski son videomüraciətində Rusiyanın Ukraynaya qarşı müharibəsinin fevralın 24-də başlamadığını, Rusiya ordusunun 2014-cü ildən bu günə kimi Ukraynaya hücum etdiyini bildirib.

05:65 —Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Vladimir Zelenski: “Fransa Prezidenti Emmanuel Makronla danışıqlar apardım. Biz Rusiyanın cinayətlərinin araşdırılmasını, Ukrayna xalqının işğalçıya müqavimətini müzakirə etdik. Danışıqlar prosesini də müzakirə etdik. Biz Ukraynada və Avropada sülhə nail olmağa çalışırıq”.

00:03 —“Moskva” kreyseri batıb, Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

 


Son xəbərlər
Oxşar xəbərlər