16 C
Baku
Friday, April 26, 2024

Rusiya-Ukrayna müharibəsinin 55-ci günü

16:37 —Rusiya Mərkəzi Bankı “Hello” adlı yeni ödəniş sistemini reyestrə daxil edib, bu barədə tənzimləyicinin saytında deyilir.

13:20 — İspaniyanın Baş naziri Pedro Sançes yaxın günlərdə Ukraynaya səfər edəcək.

13:15 — Sergey Lavrov: Moskva Ukraynadakı rejimi dəyişmək fikrində deyil.

12:45 —Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinə “Stormer” zirehli raket qurğusu göndərəcək.

11:50 —Rusiya beynəlxalq ehtiyatlarını bərpa etmək üçün məhkəmə iddiaları hazırlayır. Qərb KİV bildirir.

11:23 — Avropa İttifaqı Rusiyanın enerji təchizatından asılı olsa da, Fransanın Rusiya qazına ehtiyacı yoxdur. Bu bəyanatla bazar ertəsi, aprelin 18-i Fransa Prezidenti Emmanuel Makron çıxış edib.

09:30 — Aprelin 15-indən etibarən “McKinsey” beynəlxalq konsaltinq şirkəti Rusiyadan olan müştərilərlə əməkdaşlığı dayandırıb, bu barədə şirkətin saytında bildirilir.

08:25 — Reuters: ABŞ və Kuba rəsmiləri miqrasiya məsələlərini müzakirə etməyi planlaşdırırlar.

06:07 — Bu gün Yaponiyanın Rusiyaya qarşı yeni sanksiyalar paketi, o cümlədən Rusiyadan 38 növ malın idxalına qadağa qoyulması qüvvəyə minib, müvafiq qərarı Yaponiya hökuməti qəbul edib.

05:20 — ABŞ prezidenti Cozef Bayden hələ də ABŞ qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil. Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

04:58 — ABŞ hakimiyyəti Moskvaya təsir etmək üçün bütün ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməsini təmin etmək istəyir, bunu ABŞ Maliyyə nazirinin birinci müavini Adevale (Uolli) Adeyemo deyir.

04:22 — Çin Rusiyaya silah tədarük etsə və ya sanksiyalardan yan keçməyə kömək etsə, ciddi nəticələrlə üzləşəcək.

02:40 — Dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılan xalq deputatı, Ukraynanın Həyat Uğrunda – Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçukun mübadiləsi üçüncü tərəfin vasitəçiliyi ilə baş tutacaq.

01:30 — ABŞ-ın maliyyə naziri Canet Yellen Vaşinqtona səfəri çərçivəsində Ukraynanın baş naziri Denis Şmıqalla ikitərəfli danışıqlar aparacaq.

00:02 — BMT Ukrayna ilə Rusiya arasında humanitar məsələlərini müzakirə təklifini irəli sürüb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər