9 C
Baku
Thursday, December 12, 2024

Mütləq likvidlik əmsalı (Cash ratio)

0

Have a Question?

Mütləq likvidlik əmsalı – (Cash ratio) təşkilatın ən likvid aktivlərinin – pul vəsaitləri və qısamüddətli maliyyə yatırımları – nisbətini xarakterizə edir. Əmsal cari öhdəliklərin tez bir zamanda yerinə yetirilməsi üçün daha likvid aktivlərin yetərliliyini təsvir edir, təşkilatın “ani” ödəmə qabiliyyətini xarakterizə edir.

Mütləq likvidlik əmsalı digər iki geniş yayılmış likvidlik əmsallarının variasiyasıdır: Cari likvidlik əmsalı və sürətli likvidlik əmsalı. Bununla yanaşı, sözügedən göstəricinin hesablanması zamanı yalnızca ən likvid aktivlərdən istifadə olunur.

Mütləq likvidlik əmsalı bu şəkildə hesablanır:

Mütləq likvidlik əmsalı  = (Pul vəsaitləri + Qısamüddətli maliyyə yatırımları) / Cari öhdəliklər

Düsturun bütün komponentləri təşkilatın balans hesabatından əldə edilir.

Mütləq likvidlik əmsalı Cari və Sürətli likvidlik əmsalları qədər populyar deyil və heç bir dayanıqlı normalara malik deyil. Adətən göstəricinin normal dəyərinin göstəricisi olaraq, 0,2 və ya daha çox dəyər istifadə olunur. Lakin əmsalın həddindən artıq yüksək dəyəri sərbəst pul vəsaitlərinin əsassız yüksək həcmindən xəbər verir. Həmin vəsaitlərdən isə biznesin inkişafı üçün istifadə etmək olardı.