26 C
Baku
Tuesday, April 30, 2024

Nəzarət şöbəsinin rəhbəri – Bank BTB ASC

0
Nəzarət şöbəsinin rəhbəri – Bank BTB ASC
05.03.2019

Bank “BTB” ASC Nəzarət şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir.

Nəzarət şöbəsinin rəhbəri

İş barədə məlumat:

– Şöbəyə daxil olan bütün sənədlərin vaxtında icra olunmasını təmin edir.
– Müştərilərlə aparılan bütün növ kassa-hesablaşma əməliyyatlarının düzgün aparılmasına nəzarəti həyata keçirir, onları yoxlayır və avtorizasiya edir.
– Müştərilərə göstərilən bank xidmətləri üzrə komissiyaların mövcud tarif dərəcələrinə uyğun tutulmasına nəzarət edir.
– Köçürmə əməliyyatları üzrə məlumatları yoxlayır və avtorizasiya edir.
– Müştərilərin kredit dosyelərinin aparılması, sənədlərin bankdaxili qaydalara uyğun toplanması və hazırlanmasını təşkil edir.
– Kreditlə bağlı  sığorta  müqavilələrinin  müddətinə  nəzarət  edir və bu barədə bankdaxili qaydalara müvafiq olaraq, Kredit şöbəsinin müvafiq əməkdaşını məlumatlandırır.
– Çirkli pulların yuyulmasına və FATCA üzrə nəzarəti həyata keçirir və hesabatları  hazırlayır.
– Müştəri hesabları üzrə aparılan  bütün  əməliyyatların qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun aparılmasına nəzarət üçün tam məsuliyyət daşıyır.
– Bankdaxili qaydaların tələblərinə uyğun olaraq, filialın Nəzarət şöbəsi  rəhbərinə aid digər vəzifələri həyata keçirir.
 
Namizədə tələblər:

 Ali iqtisadi təhsil,
 bank sektorunda ən azı 3 il iş təcrübəsi,
 dəqiqlik,
 nəzarətetmə bacarığı,
 qərarlar qəbul etmək bacarığı,
 liderlik bacarıqları;
 MS office proqramında işləmək bacarığı,

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 29 Mart 2019-cu il tarixinədək [email protected]   elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Nəzarət şöbəsinin rəhbəri göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı