FR&R Departamentinin Hüquq şöbəsinin rəhbəri
Tələblər:
– Ali hüquqi təhsili
– 5 il hüquq sahəsində rəhbər vəzifədə iş təcrübəsi;
– Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, icra və ipoteka haqqında qanunvericiliyi o cümlədən digər qanunvericilik aktları barədə ətraflı bilgilər;
– Kompüter proqramlarında işləmə bacarığı;
– Azərbaycan və rus dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı;
– Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, geniş perspektiv, məlumat əldəetmə, strateji düşünmə, təsir göstərmə, nəticəyə istiqamətləndirmə bacarığı;
– Öz vaxtını effektli şəkildə idarə etməyi bacarmaq və vəzifənin icrasını dəqiq vaxtında bitirmək;
– Hüquqi sənədləşməni tərtib etmə bacarıqları;
– Düzgünlük, təşəbbüsçülük və etibatlılıq;
– Təzyiq altında işləmək və stres vəziyyətlərdə qərar qəbul etmək bacarığı
Vəzifələr:
– Departamnetdə hüquq bölməsinin fəaliyyətinin təşkili;
– Departamentdə çalışan digər hüquqşünasların fəaliyyətinə nəzarət olunması;
– Departamentin rəhbərliyi qarşısında hüquq şöbəsinin fəaliyyəti barədə hesabatların verilməsi;
– Departamentin dövlət orqanları, yerli və xarici hüquqi və fiziki şəxslər qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil olunması;
– Departamentdə hazırlanan hüquqi xarakterli sənədlərə rəy verilməsi, qanunvericiliyə uyğunluğunun yoxlanılması və tələb olunduqda bu sənədlərin hazırlanması;
– Departamentə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanmasına nəzarət edilməsi;
– Departamentin məhkəmədə təmsil edilməsi, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
– Hüquq Bölməsinin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi;
– Məhkəmə işlərinin nəticələrini öyrənmək və ümumiləşdirmək və məhkəmə qərarlarının icra praktikasını analiz etmək;
– Hüquqi risklərin qiymətləndirilməsi;
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |