TƏCRÜBƏ PROQRAMI
Bank Respublika ASC istedadlı və motivasiyalı universitet tələbələri və yeni məzunlar üçün TƏCRÜBƏ PROQRAMI elan edir.
Bu proqramda iştirak etməklə, Siz Bankın müxtəlif sahələrində bilik və bacarıqlarınızı tətbiq edə biləcəyiniz, karyera qurmağa yönəlik, innovativ və sosial məqsədlər daşıyan təcrübə proqramından faydalanmaq şansı əldə edirsiniz.
Bank Respublika olaraq Sizə nə vəd edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
• Gələcəkdə Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
• Universitet tələbəsi və ya yeni universitet məzunu olmaq (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
• Azərbaycan dili əla, ingilis və rus dilləri arzuolunandır;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü gəncləri proqrama qoşulmağa dəvət edirik.
Maraqlanan şəxslərin öz CV-lərini 08 avqust 2019-cu il tarixinədək [email protected] ünvanına, mövzu hissəsində “Təcrübə proqramı” yazmaqla göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Təcrübə proqramları |