11 C
Baku
Tuesday, November 26, 2024

Kimyaçı-laborant – METAK

0
Kimyaçı-laborant – METAK
07.08.2019

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Kimyaçı-laborant

İşin təsviri:

• Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirir;
• Analizlərin, sınaqların və ölçmə nəticələrinin qeydiyyatını aparır;
• İstehsal olunan malların keyfiyyətinə dair texniki sənədləşməni həyata keçirir;
• İstehsal olunan məhsulun keyfiyyətinə dair statistik məlumatları ümumiləşdirir və bununla əlaqədar təkliflər hazırlayır;
• Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət edir, onları sınaqlara hazırlayır;
• Cihazların göstəricilərini qeyd edir, müşahidələr aparır, hazır məhsul nümunələrinin standartlara uyğunluğunu yoxlayır;
• İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya müdirinə məlumat verir.

Namizədə tələblər:

• Ali təhsil (kimya, fizika ixtisasının olması arzuolunandır);
• Qeyd olunan sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Yüksək səviyyədə texniki biliklər (kimya və fizika sahəsində);
• Laboratoriya avadanlığı, nəzarət ölçü cihazları, habelə onların istismar qaydası haqqında biliklər.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytımızda yerləşdirilmiş onlayn-anketi https://www.metak.az/resume/resume.php?vid=81 dolduraraq, 06.09.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər