14 C
Baku
Sunday, November 24, 2024

Analitik Ekspert – Rabitabank OJSC

0
Analitik Ekspert – Rabitabank OJSC
17.09.2019

“Rabitəbank” ASC-nin Marketinq Departamentinə Analitik Ekspert vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

 Departamentlərin tələblərinə uyğun data toplanma, təhlil və layihə menecmenti ilə analitik dəstək göstərmək;
 Gündəlik hesabatlılığın icrası, depozit, kart, kredit və digər bank məhsul və xidmətlərinə yönəlik prediktiv modellərin, test qruplarının hazırlanması, mütəmadi yoxlanılmasını təmin etmək;
 Məhsullar üzrə churn/retention, mənfəət/zərər (cost/benefit) analizlərinin aparılması;
 Müştərilərin bank məhsul ve xidmətləri üzrə tranzaksiyalarını analiz etmə və daha sonrakı seqmentasiya və təsnifləndirmə (clustering) işlərinin aparılması;
 Xətti və qeyri xətti (Linear and non-linear) modellər, təsnifləndirmə (clustering), optimizasiya və prediktiv analitika kimi metodlarının tətbiqi;
 Strateji qərarların verilməsində və dəyişdirilməsində, habelə əsas bizneslə bağlı fəaliyyətlərin dəstəklənməsi məqsədiylə data və statistik analizlərin aparılması;
 Biznes strukturları və rəhbərlik üçün Tableau kimi vizuallaşdırma alətlərindən istifadə edərək hesabatların hazırlanması;
 Birbaşa və çarpaz satışın təşkili üçün fərdiləşdirilmiş marketinq kampaniyalarının keçirilməsində dəstək göstərmək.

Vəzifəyə olan tələblər:

 Ali təhsil;
 Yüksək səviyyəli riyazi və analitik biliklər;
 Riyaziyyat, Statistika, analitika yönümlü biznes ixtisasları üzrə təhsil;
 Bankçılıq, maliyyə planlaması, risk menecmenti, biznes proseslər menecmenti sahələri üzrə ən azı 1 illik iş təcrübəsi;
 Analitik texnikilar, SQL və ya digər strukturlu proqramlaşdırma dilləri üzrə, həmçinin Excel üzrə mükəmməl bilik;
 R və ya Python proqramlaşdırma dilləri üzrə real iş təcrübəsi arzuolunandır;
 Problemlərə kompleks və məntiqi yanaşma bacarığı;
 Dəqiqlik və detallara qarşı diqqətlilik;
 Yaxşı şəxsi keyfiyyətlər və komanda tərkibində işləmə qabiliyyəti;
 Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Analitik Ekspert” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi