3 C
Baku
Saturday, December 14, 2024

İnsan Resursları üzrə kiçik mütəxəssis/assistent – PAŞA Sığorta

0
İnsan Resursları üzrə kiçik mütəxəssis/assistent – PAŞA Sığorta
03.12.2019

“PAŞA Sığorta” ASC namizədləri İnsan Resursları üzrə kiçik mütəxəssis/assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Müsahibələrin təşkil edilməsi, namizədlərin müsahibəyə dəvət edilməsi və nəticələrin məlumat bazasına daxil edilməsi;
• Müsahibələrin, imtahan və qrup çalışmalarının təşkil edilməsi;
• Müsahibədə iştirak etmiş namizədlərin qeydiyyat reyestrinin aparılması və namizədlərə müsahibə nəticələrinin göndərilməsi;
• Yeni işçilərin rəsmiləşdirilməsi üçün lazımi sənədlərin toplanılması və şəxsi faylların açılmasında dəstək olmaq;
• Recruitment prosesinin optimizasiyasi layihəsinin icrasında dəstək olmaq;
• Müvafiq sənədlərin daxili elektron bazaya yüklənilməsi;
• Korporativ tədbirlərin təşkilində dəstək olmaq;

Bilik və bacarıqlar:

• İnsan Resurslarının İdarə edilməsi, Təşkilati İnkişaf, Sosial Elmlər, Biznes İdarəçiliyi, Dövlət Sektoru İdarəçiliyi və ya əlaqəli sahədə ən azı bakalavr dərəcəsinə sahib olmaq;
• İnsan Resursları sahəsində ən azı 1 il təcrübə;
• Azərbaycan və rus dili biliyinin sərbəst, ingilis dilinin işlək olması;
• AR Əmək Məcəlləsi üzrə biliklər;
• Kompyuter bilikləri Microsoft Office təminat proqramları paketi (MS MS Word, Excel, Powerpoint) ilə işləmək bacarığı;
• Ünsiyyətqurma bacarığı;
• Geri bildirimə açıq, səmimi, dürüst, təşəbbüskar.

Son müraciət tarixi: 25 dekabr, 2019-cu il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR), Sığorta