21 C
Baku
Friday, October 4, 2024

Tarif şöbəsinin aparıcı mütəxəssisi – Azərbaycan Dəmir Yolları QSC

0
Tarif şöbəsinin aparıcı mütəxəssisi – Azərbaycan Dəmir Yolları QSC
Bakı
31.08.2020

Vakansiyanın adı: Tarif şöbəsinin aparıcı mütəxəssisi
Vakansiyanın kodu: V200828-1
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” QSC
Vakansiya üzrə struktur: Yük daşımaları departamenti, Yük və kommersiya xidməti, Tarif şöbəsi, Daxili daşımalar üzrə bölmə

Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 2 il

Tələb olunan komputer bilikləri:

MS Word-yaxşı
MS Excel-yaxşı
Power Point-yaxşı

Tələb olunan xarici dil bilikləri: Rus-sərbəst

Vəzifə üzrə tələb olunan biliklər :

– Qiymətin qoyulması və tarifin təyin edilməsi üzrə nəzəri biliklər;
– Logistika sahəsi üzrə nəzəri biliklər;
– Beynəlxalq nəqliyyat dəhlizlərinə dair biliklər.
– Digər tələb və üstünlük göstəriciləri: İngilis dilini bilən və ERP proqram təminatı üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

– İdxal, ixrac, tranzit və daxili daşınmalar üzrə tariflərin hesablanması və sorğuların cavablandırılması;
– Tarif bazasının formalaşdırılması və mütəmadi yenilənməsi;
– Güzəştli tariflərə olan sorğuların təhlili və cavablandırılması;
– Yeni tarif sisteminin yaradılmasında və proseslərin avtomatlaşdırılmasında iştirak edilməsi;
– Yerli, xarici bazarların və beynəlxalq nəqliyyat dəhlizlərinin təhlili və müvafiq arayışların hazırlanması.

Vakansiyanın elan olunma tarixi: 28/08/2020
Son müraciət tarixi: 13/09/2020

Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/890#vp

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları