7 C
Baku
Thursday, December 12, 2024

Xərclərə nəzarət üzrə mütəxəssis – Azerbaijan Supermarket LLC

0
Xərclərə nəzarət üzrə mütəxəssis – Azerbaijan Supermarket LLC
Bakı
21.10.2020

Şöbə- Təchizat və Layihə Xərclərinə Nəzarət
Vəzifə- Xərclərə nəzarət üzrə mütəxəssis
Kateqoriya- Ştat
İşin növü- Tam
İş yeri- Baş ofis

Vəzifə öhdəlikləri:

– Müqavilələrin hazırlamaq və yoxlamaq.
– Xərc hesabatlarını hazırlamaq.
– Kommersiya hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
– Yeni mağazaların tikinti və təmir büdcələrini hazırlamaq.
– Tikinti və təmir büdcələrinin cari xərclərlə müqayisəsi, kənarlaşmaları tapmaq və bu kənarlaşmaları izah etmək.
– Podratçıların xərclərinə nəzarət etmək.
– Yeni açılmış mağazaların tikinti və təmir xərclərini yoxlamaq, layihəni bağlamaq və maliyyə şöbəsinə təhvil vermək.
– Digər şöbələrin kommersiya məlumatları ilə təmin etmək.
– Podratçıların ödəniş sənədlərini yoxlamaq və müvafiq maliyyə sistemində qeydiyyatdan keçirmək.
– Rəhbərliyin tapşırdığı digər işlər.

Vəzifənin tələbləri

– Mühasibatlıq, Kommersiya üzrə bakalavr və ya ekvivalent dərəcə.
– Müvafiq vəzifədə ən az 3 il təcrübə.
– Həvəsli və ünsiyyətçil olmalı və bütün fərd növləri və şəxsiyyətlərlə açıq şəkildə ünsiyyət saxlamaq və işləmək bacarığına malik olmalıdır.
– Azərbaycan, İngilis dillərində (intermediate) şifahi və yazılı ünsiyyət, Rus dili biliyi arzu olunandır.
– Yüksək kompüter bacarıqları (Word, Excel).
– Vaxtın səmərəli şəkildə priorotetləşdirilməsi və istifadəsi bacarığı.
– Etibarlı və inamlı, nəzarətsiz işləmək bacarığı.

Necə müraciət etmək olar

1. Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
2. CV-nizi [email protected] email ünvanına göndərmək.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər