24 C
Baku
Friday, September 27, 2024

Marketinq üzrə menecer – AFB Bank

0
Marketinq üzrə menecer – AFB Bank
Bakı
03.02.2021

AFB Bank Satış Strukturunun Marketinq üzrə meneceri vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Marketinq üzrə menecer
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Ən az 3 (üç) il iş təcrübəsinin olması (bank sahəsində iş təcrübəsi üstünlükdür);
• Mükəmməl Azərbaycan, Rus, İngilis dili bilikləri;
• MS Office proqramlarında işləmək bacarığı;
• Ünsiyyət qurmaq və Problem həlletmə bacarığı;
• Komandada işləmək bacarığı;

İŞİN TƏSVİRİ:

• İdarəetmə orqanlarının və struktur bölmələrinin əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyə xarakterli məlumatlarını əldə etmək;
• Məhsullar, xidmətlər, onların şərtləri və tarifləri, satış standartları ilə bağlı əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyə xarakterli məlumatları əldə etmək;
• Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirmək;
• Mövcud, yeni yaradılmış bank məhulları barədə müxtəlif kommunikasiya kanalları vasitəsilə potensial müştərilərə məlumatın çatdırılması;
• Bankın müsbət imici üçün ictimaiyyətlə əlaqələrin qurulması və Bankın ictimaiyyəti maraqlandıran mövzularda mövqe bildirməsini təmin etmək;
• Müxtəlif kommunikasiya kanalları üçün müvafiq məzmunların seçilməsi, yaradılması, təchizatçıların cəlb edilməsi, Bank daxilindəki və xaricindəki təchizatçılara yaradıcı tapşırıqların verilməsi;
• Tabeçiliyində olan əməkdaşlara verilən tapşırıqların və vəzifə öhdəliklərinin vaxtında, düzgün və keyfiyyətlə icra edilməsinə nəzarət etmək, çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;
• Digər Bankların müvafiq sahə üzrə fəaliyyətinin izlənilməsi, təhlili və müvafiq təkliflərin verilməsi;
• KİV-nin izlənilməsi və ehtiyac olduğu təqdirdə böhran kommunikasiyanın tətbiq edilməsi;
• Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması ;
• Bankın marketinq büdcəsinin hazırlanması və təqdim edilməsi;
• Bankın strateji hədəflərinin yerinə yetirilməsi üçün marketinq fəaliyyətinin uyğunlaşdırılması, planların hazırlanması və təkliflərin verilməsi;
• Dövrü hesabatların hazırlanması və təhlili.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Marketinq üzrə menecer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi