10 C
Baku
Wednesday, December 11, 2024

Daxili Nəzarət üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssis – MKT İstehsalat Kommersiya MMC

0
Daxili Nəzarət üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssis – MKT İstehsalat Kommersiya MMC
04.02.2021

MKT-İK MMC (Pambıq müəssisəsi) Daxili Nəzarət üzrə mütəxəssis – aparıcı mütəxəssis – baş mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

– Regionlarda yerləşən müəssisələrdə daxili nəzarətin həyata keçirilməsi;
– Cəmiyyətin mövcud siyasət, prosedur və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirir;
– Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu və yayınmaları qiymətləndirir;
– Daxili tədqiqatların aparılması: Qanun pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
– Baş verən qanun pozuntularının aradan qaldırılması üçün təkliflər irəli sürülməsi;
– Qanunvericiliyin, habelə daxili qayda, prosedur və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
– Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir;
– Nöqsanların aradan qaldırılması istiqamətində tədbir görür;
– Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyinə təkliflər verir.

Tələblər

• İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür);
• Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət sahəsində ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;
• Rus və ingilis dilləri arzu olunandır.;
• Microsoft Office və digər proqramlar;
• Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
• Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
• Ölkədaxili ezamiyyət etmək imkanı;

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları:

CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Daxili Nəzarət üzrə mütəxəssis – aparıcı mütəxəssis – baş mütəxəssis” yazmaqla müraciət edilir.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər