“Rabitabank” ASC Sumqayıt, Şamaxı, Gəncə, Lənkəran, Xaçmaz və Qusar filialları üzrə SME Baş mütəxəssis vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Bankın kiçik və orta biznes kreditlərini, korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
- Biznes sahəsinə səfərlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq krediti rəsmiləşdirmək;
- Kredit portfelini keyfiyyətlə idarə etmək, planın icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;
- Təhkim olunmuş portfel üzrə borc alanların planlı və ya plandan kənar monitorinqlərini həyata keçirmək;
- Filialda kiçik və orta biznes kreditləri, korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Rəhbərlik tərəfindən bilavasitə verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək.
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- SME kreditləşməsi sahəsində ən azı 2 illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Komanda tərkibində işləmə bacarığı;
- Problemləri həlletmə qabiliyyəti;
- Məsuliyyətlilik, düzgünlük, dəqiqlik kimi keyfiyyətlər;
- Əla səviyyədə Azərbaycan dili biliyi;
- MS Office proqramlarından istifadə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SME-Baş mütəxəssis(müraciət etdiyiniz filial)” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |