“Rabitəbank” ASC İT Təhlükəsizliyi şöbəsinin rəisi vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Beynəlxalq standartlara uyğun olaraq Bankın komputer şəbəkələrində informasiya təhlükəsizliyini təmin etmək;
- Bankda İT təhlükəsizliyi sahəsinə aid olan daxili standartların hazırlanması və onların tətbiqini təmin etmək, zəruri hallarda nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təklifləri hazırlamaq;
- Baş verən müxtəlif kibertəhlükəsizlik və kibercinəyatkarlıq hallarını, habelə digər insidentləri vaxtında müəyyən etmək, onların yaranma səbəblərini araşdırmaq və yeni təhlükələrdən qorunmaq üçün qabaqlayıcı tədbirlər planlaşdırmaq;
- Şəbəkə təhlükəsizliyi avadanlıqlarının konfiqurasiyasını və mütəmadi monitorinq olunmasını təmin etmək;
- Fövqaladə hallarda informasiya sistemləri üzrə fəaliyyətin davamlığını təmin etmək;
- Bank heyətinə İT Təhlükəsizliyi haqqında zəruri məlumat və tələblərin çatdırılmasını təmin etmək, zərurət yarandığı halda müvafiq təlimlər keçirmək;
- İT təhlükəsizliyi üzrə trendləri izləmək və qabaqcıl təcrübələrin tətbiqini təmin etmək.
Namizədə olan tələblər:
- İT Təhlükəsizliyi üzrə beynəlxalq sertifikatları olanlara üstünlük verilir.
- Müvafiq sahədə azı 4 il, rəhbər vəzifələrdə isə azı 1 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə tənzimləyici orqanların normativ sənədlərinin tələb və standartlarını bilmək;
- Müvafiq təhlükəsizlik tədbirlərinin təşkil olunması sahəsində iş təcrübəsi;
- Ali təhsil (Müvafiq sahə üzrə olanlara üstünlük verilir);
- Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dili texniki səviyyədə bilmək;
- Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Yüksək kommunikasıya qabiliyyəti;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi keyfiyyətlərə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Təhlükəsizlik şöbə rəisi” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
İşin aid olduğu sahə
Kateqoriya | İT |