10 C
Baku
Thursday, December 12, 2024

Rəqəmsal xidmətlərin tətbiqi şöbəsi / analitik – Expressbank

0
Rəqəmsal xidmətlərin tətbiqi şöbəsi / analitik – Expressbank
Bakı
01.07.2021

Rəqəmsal xidmətlərin tətbiqi şöbəsi / analitik

Tələblər:

Ali təhsil;

Müvafiq sahədə (bank və ya maliyyə şirkətində) minimum 1 il iş təcrübəsi;

“Web və/və ya Rest” xidməti üzrə biliklər;

SQL, J2EE, Java (arzuolunandır) bilikləri;

Çevik metodologiyaları (Scrum, Kanban) ilə layihərdə işləmə bacarığı;

Jira, Confluence, Git, Jenkins, Artifactory ilə işləmə bacarığı;

Bir və ya daha çox proqramlaşdırma dilinin prinsipləri üzrə biliklər;

Məlumat modelləri ilə işləmə və inkişaf üçün spesifikasiyaları formalaşdırma bacarığı;

İnteqrasiya prinsipləri və yanaşmaları haqqında bilikləri;

Test metodlarını istifadə etmə bacarığı;

İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyəti;

Güclü analitik təhlil və riyazi bacarıqları;

Strateji və taktiki düşüncə qabiliyyəti;

Detallara fikir vermə qabiliyyəti və qərar vermə bacarığı;

Komandada və fərdi şəkildə işləmək bacarığı;

Stressədavamlı;

Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı (İngilis dili arzuolunandır).

 

Şəhərlər:

Bakı

Vəzifə öhdəlikləri:

Biznes tələblərin, proseslərin təhlili və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;

Biznes proseslər üzrə xəritənin və blok-sxemlərin hazırlanması;

Biznes proseslərin daimi təkmilləşdirilməsi üzrə texniki tapşırıqların hazırlanması;

Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi;

Proseslər üzrə daxili nəzarət sistemlərinin inkişaf etdirilməsi;

Bankın rəqəmsal bankçılıq istiqamətinə aid tələblərin formalaşmasında müvafiq struktur bölmələri, eləcə də proqram təminatı əməkdaşları ilə birlikdə iştirakı və nəzarət edilməsi;

Proqram təminatına aid funksional və texniki tələblərin yazılması, proqram təminatı əməkdaşları üçün hədəflərin qoyulması;

Proqram təminatı əməkdaşları və biznes əməkdaşları arasında koordinasiya və informasiya dəstəyi;

Proqram təminatı üzrə təlimatın hazırlanması, testləşdirilməsi və qəbulu.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi