AZƏRSUN HOLDİNQ
Vəzifə : Müştəri əlaqələri üzrə aparıcı mütəxəssis
Əsas tələblər:
• İqtisadi sahələrdə ali təhsilli olmalı;
• Logistika və daşımaçılıq sahəsində ən azı 3 illik təcrübəyə sahib olmalı;
• MC Office proqram paketini yaxşı səviyyədə bilməli;
• Yaxşı səviyyədə Rus dili biliyi, orta səviyyədə İngilis dili biliyi olmalıdır.
Vəzifə təlimatı:
• Nəqliyyat daşımaları üzrə potensial müştərilərin və şirkətlərin müəyyən edilərək görüşlərin keçirilməsi;
• Təşkilatın daşıma şərtlərinin müştərilərə çatdırılması, daşımalarla bağlı qiymətlərin şirkətlər və müştərilər ilə razılaşdırılması;
• Şirkətlərlə daşıma müqavilələrinin maddələrinin razılaşdırılaraq müqavilələrin bağlanması üçün bağlı olduğu direktorun təstiqinə təqdim edilməsi;
• Təstiq edilmiş müqavilələr üzrə daşımaların həyata keçrilməsinin təmin edilməsi;
• Dəmir yolu baş fraxteri ilə müqavilələrin nəzarətdə saxlanılması və işlərin təşkil edilməsi;
• Xəzər Dəniz Gəmiçiliyi idarəsi ilə müqavilələrin nəzarətdə saxlanılması;
• Bakı beynəlxalq limanı ilə müqavilə şərtləri çərçivəsində işlərin lojistikasının təşkil edilməsi.
Əlavə məlumat:
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Müştəri əlaqələri üzrə aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | İT |