7 C
Baku
Thursday, December 12, 2024

Oracle DB Administrator – Yelo Bank

0
Oracle DB Administrator – Yelo Bank
Bakı
15.07.2021
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Oracle DB Administrator” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  • Bankda qəbul olunmuş inkişaf metodologiyasının istifadə edilməsi;
  • Verilənlər bazasının sazlanması, konfiqurasiya və təkmilləşdirilmə işlərinin həyata keçirilməsi;
  • Verilənlər bazalarını müntəzəm şəkildə idarə etmək üçün avtomatlaşdırma metodlarının
  • təkmilləşdirilməsi;
  • Verilənlər bazasının mövcudluğunu və performansını artırmaq üçün monitorinq prosedurlarının
  • tətbiqi;
  • Verilənlər bazasının təhlükəsizliyinin təmin edilməsi üçün lazımı tətbiq və prosedurların həyata
  • keçirilməsi;
  • Verilənlər bazası və digər İT infrastruktur proyektləri ilə əlaqəli komplex problemlərin həlli və
  • planlanmasında fəal iştirak;
  • Müvafiq texniki sənədləşməsinin yaradılması və müşayiəti;
  • Müvafiq proqram və avadanlıq vasitələri, məlumat bazaları və proqramlaşdırma texnologiyaları
  • ilə kodun yazılması və proqramların sazlanması;
  • Şirkətin struktur bölmələrinin istifadəçiləri və texniki mütəxəssisləri ilə qarşılıqlı əlaqə.

Vəzifəyə tələblər:

  • Kompüter elmləri və ya kompüter mühəndisliyi üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Oracle verilənlər bazalarının idarə olunması üzrə minimum 3 illik iş təcrübəsi;
  • Oracle DB arxitekturası üzrə yüksək bilik;
  • Verilənlər bazası optimallaşdırması və SQL tuning üzrə təcrübə;
  • Oracle məhsul və texnologiyaları üzrə yüksək bilik və iş təcrübəsi(RAC, ASM, Data Guard);
  • Oracle (High Availability) həlləri üzrə biliklər;
  • “Oracle fəlakət” (Disaster Recovery) bərpa həlləri üzrə biliklər;
  • Bərpa əməliyyatları haqqında yüksək bilik;
  • UNİX/ Linux əməliyyat sistemləri üzrə yüksək biliklər;
  • Güclü problem həll etmə, analiz bacarıqları;
  • SQL, PL/SQL programlaşdırmaları üzrə biliklər;
  • OCA, OCP, OCM sertifikatları;
  • Yaxşı səviyyədə Rus dili biliyi, Inglis dili biliyi arzuolunandır;
  • Yüksək analitik düşüncəyə sahib olmalı;
  • Effektiv kommunikasiya bacarıqlarına sahib olmalı;
  • Komandada işləmə bacarığı;
  • İşləri düzgün planlaşdırma qabiliyyətinə sahib olmalı;
  • Alqoritmik düşüncə tərzi;
  • Özgə kodu anlama bacarığı;
  • Effektiv, yaxşı strukturalaşdırılmış kodun yazılması bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Oracle DB Administrator” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi