Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Sədərək filialında Korporativ Müştərilər üçün Əməliyyat Xidmətləri üzrə Kiçik mütəxəssis / Mütəxəssis” vakansiyasını elan edirik.
Vəzifə öhdəlikləri:
- Hüquqi şəxslər və fərdi sahibkarların bütün spektr bank xidmətləri üzrə konsultasiyası və əməliyyat xidməti;
- Hüquqi şəxslər və fərdi sahibkarlara hesabların açılması və bağlanması;
- Hüquqi və fərdi sahibkarların hesabların aparılması, qovluqların komplektləşdirilməsi və saxlanılması;
- Hüquqi şəxslər və fərdi sahibkarlara hesablaşma-kassa xidmətin göstərilməsi;
- Hesab açılması, əmək haqqı layihəsi, inkassasiya və s. üzrə müqavilələrin hazırlanması;
- Müştərilərə sənədlərin hazırlanması və verilməsi (hesab üzrə arayış və hesabdan çıxarış, müştərilərin məktub və müraciətlərinə cavab).
Tələblər:
- Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
- Microsoft Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı, Bank üzrə proqramlardan (GNI) istifadə bacarığı arzuolunandır;
- İş təcrübəsi: müvafiq sahədə kiçik mütəxəssis üçün tələb olunmur, mütəxəssis vakansiyası üzrə 1-2 il;
- Azərbaycan və Rus dilində sərbəst danışıq bacarığı, İngilis dili üzrə biliklər arzuolunandır;
- Yüksək analitik və planlama qabiliyyəti;
- Səmərəli ünsiyyət qurmaq və komanda ilə işləmə bacarıqları.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Könüllü tibbi sığorta proqramına qoşulma
- Yığım sığortasına qoşulma imkanı
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə “Korporativ bankçılıq _ Sədərək” qeyd etməklə [email protected] ünvanına mürəciət etməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |