3 C
Baku
Saturday, December 14, 2024

Mühasib (Təcrübəçi) – Sahibkarın Məsləhət Evi MMC

0
Mühasib (Təcrübəçi) – Sahibkarın Məsləhət Evi MMC
Bakı
26.07.2021
Təcrübə proqramı

Şirkət: SME MMC

Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Sahibkarın Məsləhət Evi» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatı, marketinq və bazar araşdırılması, iqtisadı-hüquqi və qiymətləndirmə sahələrində sahibkarlara konsaltinq xidməti göstərir.

– Kadr siyasəti

– SME MMC şirkətinin öz sahəsində daim inkişaf etməsi üçün istedadlı işçilərin seçilməsi, təlimləndirilməsi və dinamik inkişafı kadr siyasətimizin əsas məqsədidir.

– Şirkət İnsan Resurslarına aid qərarları yalnız işçinin qabiliyyəti və işə münasibəti əsasında verir.

– SME MMC şirkəti kadr seçimi zamanı əsasən gənc və perspektivli kadrları öz sıralarına cəlb etməyə çalışır.

– Şirkət gənc kadrların peşəkar və karyera inkişafı üçün geniş imkanlar təklif edir.

– SME MMC şirkətində çalısmaq Azərbaycanın ən dinamik və perspektivli konsaltinq şirkətlərinin birində öz karyerasını praktiki olaraq sıfırdan qurmaq üçün şans əldə etmək deməkdir.

Vakansiya: Mühasib (Təcrübəçi)

Tələblər:

– Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit)
– Cins : Qadın
– Yaş həddi: 21-25
– Mühasibatlıq sahəsində 4-cü kurs tələbələri və ali məktəbi yeni bitirmiş şəxslər
– Dil bilikləri: Azərbaycan(əsas), Rus (əsas), İngilis(yaxşı)
– MS Office bilikləri
– İş təcrübəsi tələb olunmur;
– Öyrənməyə və inkişafa yüksək həvəs;
– Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

İşin məzmunu:

– Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Debitor və kreditor hesablaşmaların aparılması
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: bazar ertəsi – cümə;
– İş saatı:09:00-dan 18:00-dək

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] mail ünvanına mövzu hissəsinə “Mühasib(Təcrübəçi)”qeyd edərək göndərə bilərsiniz.

Mob +994512051011

İşin aid olduğu sahə

KateqoriyaMühasib