15 C
Baku
Tuesday, April 30, 2024

Texniki Dəstək üzrə baş mütəxəssis – AFB Bank

0
Texniki Dəstək üzrə baş mütəxəssis – AFB Bank
Bakı
12.08.2021

AFB Bank İT Strukturu “Texniki Dəstək üzrə baş mütəxəssis” vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Texniki Dəstək üzrə baş mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Əla səviyyədə Azərbaycan və orta səviyyədə İngilis dili bilikləri;
• İntranet/Internet, Sistem və Şəbəkə Texnologiyaları sahəsində biliklər (qeyd edilən sahələr üzrə sertifikatlar);
• İT Təhlükəsizlik divarları (firewall) və “WAF” texnologiyaları haqqında biliklər;
• Virtual infrastrukturun (Vmware, Hyper V) qurulmasına dair 2 il iş təcrübəsi;
• Serverə aid olan Microsoft məhsulları haqqında dərin biliklər;
• Comptia Server + , Comptia Network + sertifikatlarının olması arzu olunandır.

İŞİN TƏSVİRİ:

• Server avadanlıqları, şəbəkə və sistemlərdə olan təhlükəsizlik qüsurlarının aradan qaldırılması;
• Sistem proqramları və avadanlıqlarının ciddi təhlükəsizlik qüsurları olarsa onların ilkin diaqnostikası və nəticənin uyğun mütəxəssislərə çatdırılmasının təmin edilməsi;
• Microsoft/Linux server məhsullarının quraşdırılması, konfiqurasiya edilməsi, patch-ların yüklənməsinin təmin edilməsi;
• Windows Active Directory-in gündəlik əməliyyatının idarə edilməsi və təkmilləşdirilməsi;
• Group Policy –nin test, konfigurasiya və idarə edilməsi;
• Arxivləşmənin programlarının və platformasının idarə edilməsi;
• Vmware, Windows/Linux serverlərinin və infrastrukturunun idarə edilməsi;
• Microsoft Exchange Serverinin administrativ işlərinin yerinə yetirilməsi;
• Bankda server avadanlıqlarına, şəbəkə və sistem proqramlarına ilkin təhlükəsizlik xidmətinin göstərilməsi və qüsurların aradan qaldırılması;
• Bankda mövcud sistemlər üzrə təhlükəsizlik avadanlıqlarının daima işlək vəziyyətdə olmasının təmin edilməsi və texniki xidmətin göstərilməsi;
• Antivirus və Firewall proqramlarının işinin vaxtaşırı yoxlanması;
• Bank əməliyyat sisteminin arxivləşdirilməsinə nəzarət edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Texniki Dəstək üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi