9 C
Baku
Friday, December 13, 2024

Bank əməliyyatlarının uçotu şöbəsinin mühasibi/ aparıcı mühasibi – Azerbaijan Airlines

0
Bank əməliyyatlarının uçotu şöbəsinin mühasibi/ aparıcı mühasibi – Azerbaijan Airlines
Bakı
17.03.2023

Mühasib/Aparıcı mühasib bank əməliyyatlarının uçotu, hesabatı üzrə müxtəlif müntəzəm və təkrarlanan orta və ya mürəkkəb əməliyyatların icrasına cavabdehdir.

Vəzifə öhdəlikləri:

  • Müvafiq idarələrdən daxil olan sənədlərin ödəniş üçün hazırlanmasına nəzarət;
  • Bank hesabı çıxarışlarındakı əməliyyatların mühasibatlıq proqramına daxil edilməsi;
  • Digər struktur bölmələrdən daxil olan sənədlərin ödənişə uyğunluğunun yoxlanılması;
  • Sənədlərin vaxtında ödənişə verilməsinin təmin edilməsi;
  • Ödəniş tapşırıqlarının hazırlanması;
  • Kreditlər üzrə aylıq əməliyyatların həyata keçirilməsi;
  • Kredit və lizinqlər üzrə aylıq və rüblük hesabatların hazırlanması;
  • Kreditlər üzrə ödənişlərin vaxtında təmin edilməsi;
  • Bank hesabları ilə əlaqəli hesabatların hazırlanması;

Tələblər:

  • Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə) ;
  • Maliyyə və mühasibat uçotu üzrə ən azı 2 il (mühasib)/ 4+ il(aparıcı mühasib) iş təcrübəsi;
  • Kompüter bilikləri (xüsusi proqramlar): Microsoft Excel (yüksək səviyyədə), Word (yüksək səviyyədə), 1C;
  • Kreditlərlə iş təcrübəsi;
  • İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklərə və sertifikatlaraüstünlük verilir.
  • İngilis və Rus dili biliklərinə üstünlük verilir;
  • Detallara diqqət yetirmək bacarığı;
  • Problemi həll etmək bacarığı;
  • Hesabat hazırlama bacarığı.

İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • Şənbə və bazar qeyri-iş günüdür;
  • Bayram və matəm günləri qeyri-iş günüdür;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaMühasib