Bakı
27.03.2023
Vakansiyanın təsviri
- Sığorta bazarına aid olan mövcud qanunvericiliyin təkmilləşdirilməsi prosesində və hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;
- Normayaratma prosesində mütəmadi olaraq sığorta sahəsində beynəlxalq təcrübəni öyrənir, müqayisəli təhlil aparır, zəruri arayışlar, təqdimat materialları və təkliflər hazırlayır;
- Tapşırığa əsasən qüvvədə olan qanunvericilik və digər hüquqi aktlar barədə arayışlar hazırlayır;
- Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrinə dair rəy və təkliflərin hazırlanmasında iştirak edir;
- Qanunvericilikdəki yenilikləri, o cümlədən ümumi iqtisadi münasibətləri və sığorta bazarlarını tənzimləyən hüquqi aktları daimi əsasda təhlil edir, lazımi arayışlar və materiallar hazırlayır;
- Hüquqi məsələlərə dair Bölməyə daxil olan müraciətlərə və sorğulara cavablar hazırlayır, layihələrə rəy bildirir;
- Mərkəzi Bank tərəfindən qəbul edilən normativ xarakterli aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə müvafiq tədbirlər görür.
- Test mövzuları Sığorta qanunvericiliyi
- Mülki məcəllə
- Konstitusiyanın əsasları
- “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu
- Məntiq
- İngilis dili
- Ümumi kompüter bilikləri
Xüsusi tələblər
- Təhsil Hüquqşünaslıq Ali təhsil
- Texniki biliklər Mülki hüquq, o cümlədən sığorta, qiymətli kağızlar və ya bank hüququ sahəsində ümumi biliklər Yaxşı səviyyədə
- Təcrübə Hüquqşünaslıq ixtisası üzrə iş təcrübəsi (azı 1 ili sığorta sahəsində) 2 il
- Dil bacarığı Azərbaycan dili Yüksək səviyyədə İngilis dili Yaxşı səviyyədə Rus dili Arzuolunandır
- MS Office proqramları Yaxşı səviyyədə
- Analitik və hüquqi düşüncə
Müraciət üçün (CV): https://www.cbar.az/hr/f?p=100:106
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |