Bakı
29.03.2023
Vakansiyanın təsviri
- Mərkəzin funksional vahidləri üzrə illik gəlir və xərc proqnozlarının hazırlanması;
- İcra rəqəmlərinin proqnoz rəqəmlərlə mərkəz üzrə analizi;
- Gəlir və xərc mərkəzlərinin icrasının büdcə ilə müqayisəli təhlili;
- Faktiki aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak;
- İmtahanlar üzrə gəlirlər və xərclərin proqnozunun icrası barədə məlumatların analizi;
- Büdcədən kənarlaşma hallarının aşkara çıxarılması, əhəmiyyətli fərqləri təhlil edib şöbə rəhbərinin məlumatlandırılması;
- İllik pul hərəkəti barədə proqnozların hazırlanmasında iştirak;
- İl ərzində pul hərəkəti hesabatının büdcə ilə müqayisəli təhlili;
- Büdcə modelinin təkmilləşdirilməsi barədə təkliflər verilməsi;
- Gəlir və xərc mərkəzlərinin aylıq hesabat göstəricilərinin təhlili;
- Dövlət qurumları hesabatların hazırlanması;
- Vergi bəyannamələri, statistik hesabatların hazırlanması;
- Sektora daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;
- Rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi;
- Sahəsi üzrə hər il sənədlərin düzgün arxivləşdirilməsi;
- Sahəsi üzrə sənədlərin icrasının yoxlanılması.
Xüsusi tələblər
- Təhsilə dair tələb: Maliyyə və iqtisadiyyat ixtisasları üzrə ali təhsil.
- İş təcrübəsinə dair tələb: Maliyyə sahəsində 3 il iş təcrübəsi.
- Xarici dil biliklərinə dair tələblər: ingilis dili – B2.
- Kompüter biliklərinə dair tələblər: Excel və 1C 8.2-3 bilikləri.
- Xüsusi tələblər: Riyazi təfəkkür, analitik düşüncə bacarığı, komandada işləmək bacarığı, vergi qanunvericiliyi, ACCA, CFA, PMS sertifikatlı namizədlərə üstünlük veriləcək.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |