7 C
Baku
Thursday, December 12, 2024

Araşdırma və inkişaf şöbəsi üzrə mütəxəssis – Azericard

0
Araşdırma və inkişaf şöbəsi üzrə mütəxəssis – Azericard
Bakı
17.07.2023

Vəzifə öhdəlikləri:

  • Bazar araşdırması üzrə planlama: Azərikardın bazarına və inkişaf istiqamətinə uyğun olaraq araşdırma planının hazırlanması.
  • Bazar araşdırması üzrə təhlil: daxili qaydalara, qəbul edilmiş təhlil alətlərinə və öz təcrübəsinə əsasən əldə edilmiş bazar məlumatlarını təhlil etmək və əsasında nəticələr çıxarmaq.
  • Yeni məhsul və xidmətlər üzrə əsaslandırılmış təkliflərin irəli sürülməsi və cari məhsul və xidmətlər üzrə düzəlişlərin təklif edirlməsi.
  • Qəbul edilmiş yenilik və inkişaf layihələri üzrə daxili qaydalar əsasında tətbiqetmə planı hazırlamaq və və tətbiqinə nəzarət etmək.
  • Məhsul sahibləri ilə iş görmək və onları istiqamətləndirmək, həmçinin zəruri məlumatların araşdırılmasında dəstək göstərmək.
  • Özünü və müvafiq daxili prosedur və qaydaları təkmilləşdirmək.

Tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili – ana dili, İngilis dili – sərbəst, Rus dili arzuediləndir;
  • İnnovativ yanaşma və araşdırma bacarıqlarına sahib olan entuziast, dinamik, məsuliyyətli, təşəbbüs göstərməyi və qərar verməyi bacaran, yüksək ünsiyyət bacarıqlarına sahib olması vacibdir;
  • Startup-lar ilə iş təcrübəsinin olması vacibdir;
  • Bank, Fintech sahəsində təcrübə arzuolunandır;
  • Proqramlaşdırma layihələri ilə iş təcrübəsinin olması arzuolunandır;
  • Agile metodologiyası üzrə layihə idarə etməsində təcrübəsinin və ya ən azından biliklərinin olması arzuolunandır;

Namizədlərdən CV-lərini “Araşdırma və inkişaf şöbəsi üzrə mütəxəssis” mövzusu ilə göndərmək xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, İT