7 C
Baku
Thursday, December 12, 2024

Monitorinq şöbəsinə aparıcı məsləhətçi – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

0
Monitorinq şöbəsinə aparıcı məsləhətçi – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Bakı
27.09.2023

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi

Əmək haqqı:Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində)
  • Maliyyə sahəsi üzrə ən azı 3 il təcrübə (dövlət tibb müəssisəsində arzuolunandır)
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst
  • Qanunvericilik üzrə biliklər: Vergi, Mülki və Əmək Məcəlləsi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklərin olması
  • Peşəkar mühasib sertifikatının olması arzuolunandır
  • Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
  • Komanda da işləmə bacarığı
  • Məsuliyyətlilik
  • Dəqiqlik
  • İntizamlılıq
  • Nəticəyönümlülük

İşin təsviri:

  • Tibb müəssisəsində büdcə ödənişlərinin icrasının monitorinqinin aparılması;
  • Tibb müəssisəsində həyata keçirilən maliyyə, təsərrüfat, satınalma əməliyyatlarının monitorinqinin aparılması;
  • Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə dair monitorinqinin aparılması;
  • Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinin monitorinqinin aparılması;
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə yoxlamaların aparılması;
  • Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların düzgün təqdim edilməsinə nəzarət;
  • Fəaliyyət çərçivəsində intensiv ezamiyyə səfərlərinin həyata keçirilməsi.

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 22.10.2023
  • CV-lər göndərilməlidir;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Monitorinq şöbəsi-aparıcı məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.

Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər