13 C
Baku
Sunday, September 29, 2024

Təşəbbüslərin Analitikası şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi / Baş mütəxəssis – PASHA Insurance

0
Təşəbbüslərin Analitikası şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi / Baş mütəxəssis – PASHA Insurance
Bakı
08.12.2023

Vəzifə öhdəlikləri:

  • Layihə və təşəbbüslərdən irəli gələn biznes proseslərin idarə edilməsi və təkmilləşdirilməsi üçün faydalı hesab olunan məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələbləri formalaşdırmaq;
  • Təşkilatın müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes proseslərin tətbiq edilməsində iştirak etmək;
  • Təşkilatdaxilində yaradılmış olan işçi qruplarında iştirak etmək;
  • Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;
  • PAŞA Sığortada strateji layihələrin icra statuslarına və departamentlər üzrə spesifik təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək;
  • Təşkilatın müvafiq biznes prosesləri üzrə xronometrajlar keçirmək;
  • Müvafiq proseslərdə icra edilmiş dəyişikliklərin müvafiq texniki mühitlərdə test edilməsinə dəstək olmaq;
  • Müvafiq proseslərdə icra edilmiş dəyişikliklər üzrə test və təlim sənədlərinin qaydalara uyğun tərtib etmək;
  • İcra olunan proseslər üzrə müvafiq təhlil hesabatlarını şöbə müdirinə təqdim etmək;
  • Proseslər üzrə struktur bölmələrdən aiddiytaı üzrə daxil olan müraciətləri cavablandırmaq;
  • Xidmət səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlamaq və onların tətbiq edilməsi üçün müvafiq tədbirləri icra etmək;
  • Birbaşa müdirin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış, Şirkət üçün faydalı ola biləcək işləri icra etmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dillərini yüksək səviyyədə bilmək;
  • Beynəlxalq təcrübədə qəbul edilən proses metodologiyaları üzrə biliklər.
  • Şirkətin əməliyyat sistemində aparılan əməliyyatların təhlil etmə bacarığı;
  • Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək və işdə rəhbər tutmaq;
  • Kompyuter bilikləri: Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
  • Prosesin təsvirini diagram üzərindən izah edəcək alətlərdən (figjam, miro, visio və s.) istifadə etmə bacarığı;

Təcrübə:

  • Biznes proseslər və ya sığorta sahəsində minimum 1-3 il iş təcrübəsi;

Bacarıqlar:

  • Güclü kommunikasıya bacarığı.
  • Analitik düşüncə.
  • İş prosesində yaranan problemləri çevik həll etmək bacarığı.
  • Komandada işləmə bacarığı.
  • Komandalar və maraqlı tərəflərlə əməkdaşlıq.

Son müraciət tarixi: 07 yanvar, 2024

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV nizi e-mail ünvanına göndərin. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta