30 C
Baku
Tuesday, June 28, 2022

Rusiya-Ukrayna müharibəsinin 50-ci günü

15:59 — Xarici banklar Rusiya enerji daşıyıcılarının ödənişini gecikdirir, Rusiya prezidenti Vladimir Putin deyir.

15:54 — Putin deyir ki, Qərbin enerji sektorunda öz səhv hesablamalarına görə Rusiyanı günahlandırmağa cəhd edir.

15:36 — Rusiyanın müdafiə naziri Sergey Şoyqu infarkt keçirib və reanimasiyaya yerləşdirilib. “Obozrevatel” nəşri xəbər verir ki, bu barədə məlumatı Rusiya-İsrailin ictimai xadimi Leonid Nevzlin yayıb. Onun sözlərinə görə, Şoyqu reanimasiyada aparata qoşulub və onun sağ qalıb-qalmayacağı bəlli deyil. O bildirib ki, Şoyqu sağ qalsa da, bəlkə də, əlil ola bilər.

14:01 — Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirir ki, hava məkanımızı hərbi təyyarələr üçün bağlamışıq, lakin mülki reyslər üçün bağlaya bilmərik.

13:40 —Ukrayna MN: “Rusiyanın 19 900-ə yaxın hərbçisi zərərsizləşdirilib”.

13:21 — Türkiyə XİN başçısı: “Yeni soyuq savaşın başladığını görürük”

10:21 — Rusiya Ukraynanın şərq sərhədi yaxınlığında aviasiya qruplaşmasını genişləndirir, artilleriya bölmələrini gücləndirir, mövcud idarəetmə, kəşfiyyat və tibb sistemlərini optimallaşdırmaqda davam edir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

09:10 — Avstraliya Qazprom, Transneft, Kamaz, Rostelecom və daha 10 Rusiya şirkətinə sanksiya tətbiq edib.

08:07 — Reuters agentliyi məlumat yayıb ki, Avropalı treyderlər Avropa İttifaqının sanksiyalarına əməl etmək üçün mayın 15-dən Rusiya neftinin alışını azaltmağı planlaşdırır.

06:40 — Ukraynadakı müharibə səbəbindən 275 milyondan çox insan ərzaq çatışmazlığı ilə üzləşib.

04:24 —Politico yazır ki, Co Bayden Kiyevə gedə bilər.

04:16 —ABŞ Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.

03:57 —Amerika Birləşmiş Ştatları Ukraynadan olan hərbçilərə ölkədən kənarda Qərb tərəfindən dəstəklənən bir sıra yeni silahların istifadəsi üzrə təlim keçəcək.

03:10 —Ukrayna Kanada hökuməti ilə 500 milyon Kanada dolları (indiki məzənnə ilə təxminən 400 milyon ABŞ dolları) kredit müqaviləsi imzalayıb.

03:04 —Birləşmiş Ştatların Rusiyanın 2022-ci ilin fevralında Ukraynada başlatdığı hərbi əməliyyatı soyqırımı kimi tanımaq ehtimalı yüksəkdir. Bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib.

02:59 —Rusiyanın “Moskva” raket kreyserində yanğın baş verib.

Kreyserdə artilleriya, zenit, sualtı qayıq əleyhinə və mina-torpedo silahları var. Gəmidə həmçinin P-1000 Vulkan gəmi əleyhinə raketlər üçün 16 buraxılış qurğusu mövcuddur. Raketlər 1000 km məsafədə olan hədəfləri vura bilir.

02:35 —Polşa prezidenti Anjey Duda Rusiya ilə dialoqa qarşı çıxıb

“Biz başa düşmək və qəbul etmək mümkün olmayan bir mənzərə gördük, dağıdılmış yaşayış massivləri, sadə insanların evlərini bombaladılar. Mən Ukrayna Prezident Volodimir Zelenskiyə və digər prezidentlərə dedim ki, bu müharibə deyil, terrordur. Əgər kimsə təyyarələri, əsgərləri yaşayış məntəqələrini bombalamağa, dinc insanları öldürməyə istiqamətləndirirsə, deməli bu, müharibə deyil, qəddarlıq, quldurluq, terrordur”.

02:28 —Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, ABŞ Ukraynaya yeni hərbi yardımın dərhal başlamasını gözləyir.

01:03 —Kiyev Almaniyadan Prezident Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin səfəri ilə bağlı sorğu almayıb .Bu barədə Ukraynanın dövlətinin başçısı Volodimir Zelenski Latviya, Litva, Polşa və Estoniya Prezidentləri ilə görüşdən sonra mətbuat konfransında bildirib.

00:41 —ABŞ prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya təqdim etdiyi kəşfiyyat məlumatlarının həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.


Son xəbərlər
Oxşar xəbərlər