2 C
Baku
Saturday, December 14, 2024

Rusiya-Ukrayna müharibəsinin 56-cı günü

15:58 — Hindistan ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, Rusiyadan xam neftin alışını ikiqat artırıb. Bu barədə aprelin 20-si “Bloomberg” agentliyi yazıb. Ölkənin dövlət neft emalı zavodları daha yaxşı qiymətlər əldə etmək üçün tender yolu ilə satınalma əvəzinə, danışıqlar yolu ilə müqavilələr bağlamaq variantını nəzərdən keçirir.

15:40 — Rusiyada “RuCoLa” markasını qeydiyyatdan keçirməyə hazırlaşırlar. Müvafiq ərizə “Rospatent”in məlumat bazasında ortaya çıxıb. Bildirilir ki, bu brend altında qazlı su, şirələr və limonadlar istehsal edilməsi planlaşdırılır. Müraciət “Çernoqolovkadan içkilər – Akvalayf” şirkəti tərəfindən təqdim edilib.

15:37 — Fransanın “Danone” şirkəti “Evian” suyu və “Alpro” məhsullarının Rusiyaya tədarükünü dayandırıb. Xatırladaq ki, hələ aprelin 5-i “Danone” Rusiya bazarını tərk etməyəcəyini deyib.

15:23 — Aİ-nin Rusiya neftindən imtina etməsi qiymətləri $185-a qaldıracaq – “JPMorgan”

15:16 —Neft-qaz şirkəti “Shell” Rusiyanın “Qazprom” və “Qazpromneft” müəssisələrindəki işçilərini ölkədən çıxardığını deyir. Xüsusilə, bu tədbirlər “Saxalin-2” neft-qaz layihəsinə aiddir.

14:45 —Rusiya Ukraynaya sülh sənədinin layihəsini təqdim edib, cavab gözləyirik, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov.

11:50 —ABŞ-ın Ukraynaya “M142 HIMARS” raket sistemlərini verdiyi iddia edilir.

10:13 — B.Britaniya Ukrayna ordusunu “Brimstone” gəmi əleyhinə raketlərlə təmin edəcək.

09:52 —Böyük Britaniya Moskva birjasını tanınmış birja statusundan məhrum etmək niyyətindədir – bu, Rusiya Mərkəzi Bankının qeyri-rezidentlərin əməliyyatlarına tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır. Planlaşdırılan tədbirlər haqqında sənəd Böyük Britaniyanın Daxili Gəlir Xidmətinin saytında dərc olunub.

08:20 —Yaponiya parlamentinin yuxarı palatası ölkə qanunvericiliyinə düzəlişləri səs çoxluğu ilə təsdiqləyib.

07:28 — Ukrayna ordusu Maryinka şəhərini geri qaytarıb.

06:59 — Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ-ı blokada və sanksiyalar siyasətindən əl çəkməyə çağırıb.

04:10 — Ukrayna qoşunları ölkənin şərqində bu vaxtadək Rusiya hücumlarının qarşısını ala bilib və bəzi yerlərdə uğurlu əks-hücum əməliyyatları həyata keçirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının məlumatında bildirilib.

03:52 — ABŞ Prezidenti Co Bayden əvvəllər Ukrayna paytaxtına səfər etməyə hazır olduğunu bildirməsinə baxmayaraq, çərşənbə axşamı Kiyevə səfər edib-etməyəcəyini bilmədiyini deyib.

03:34 — ABŞ prezidenti Co Bayden və müttəfiq ölkələrin liderləri Ukraynaya əlavə hərbi yardımların verilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

02:06 — Fransa Rusiyanın hərbi əməliyyatı başa çatdıqdan sonra Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu bildirib.

01:24 — ABŞ Ukraynaya əlavə artilleriya vasitələri göndərəcək.

01:06 — Almaniyanın Ukraynaya göndərə biləcəyi silah ehtiyatları tükənib, lakin Kiyevin ehtiyaclarına yardım məqsədi ilə özəl hərbi texnika istehsalçıları ilə iş aparılacaq.

00:50 — ABŞ müdafiə naziri Lloyd Ostin polşalı və çexiyalı həmkarları ilə Pentaqonda Ukraynada müharibəni müzakirə edəcək.

00:43 — Rusiyanın Mariupolda qeyri-bərabər hücumları onun məqsədinə çata bilmədiyini göstərir: Britaniya kəşfiyyatı

00:07 — Rusiya ordusunun Ukraynada qələbəsinin qarşısını almaq lazımdır, Almaniya kansleri Olaf Şolts bildirir.


Son xəbərlər
Digər xəbərlər