7 C
Baku
Thursday, December 12, 2024

EBIT (Earnings Before Interest and Taxes) nədir?

0

Have a Question?

EBIT (Earnings Before Interest and Taxes) – vergi və faiz ödəmələrindən əvvəlki mənfəətdir.

Təşkilatın maliyyə nəticələrinin sözügedən bu göstəricisi ümumi və xalis mənfəət arasında orta mövqe təşkil edir. Faiz və vergilərin çıxarılması təşkilatın kapital strukturunda (və faiz dərəcəsində öz əksini tapmağa və müxtəlif təşkilatları sözügedən göstərici üzrə müqayisə etməyə imkan verir. Adətən EBIT əməliyyat gəliri ilə səhv salınır. Lakin yadda saxlamaq lazımdır ki, əməliyyat gəliri EBIT-dən fərqli olaraq digər əməliyyatlar üzrə gəlir və xərcləri əhatə etmir.

Hesablanma düsturu:

EBIT göstəricisi təşkilatın “Gəlir və zərərlər haqqında hesabat”ın məlumatları əsasında hesablanır. Bu zaman vergi ödəmələrindən əvvəlki gəlirə (zərərə) daha əvvəl ödəniş üçün nəzərdə tutulmuş faizlər əlavə edilir:

EBIT =  “Vergi ödəmələrindən əvvəlki gəlir (zərər)” + “Ödəniş üzrə faizlər”

EBIT üzrə minimum müsbət dəyər normal hesab olunur. Lakin bu hələ yekun mənfəətə zəmanət vermir. Belə ki, faizlərin çıxılmasından sonra (xüsusən də, təşkilat böyük borc yükünə sahibdirsə), zərər aşkar edilə bilər.

Qeyd etmək lazımdır ki, maliyyə təhlilində əsas vəsaitlərin amortizasiya həcminə görə EBIT-dən daha böyük olan EBITDA göstəricisi daha geniş yayılıb. Bu səbəbdən də, investorlar öz qiymətləndirmələri zamanı EBIT-dən daha çox EBITDA göstəricisinə etibar edirlər.