Have a Question?
Aktivlərin dönərliliyi (asset turnover) – təşkilatın mövcud aktivlərin hər birindən istifadə intensivliyinin maliyyə göstəricisidir. Sözügedən bu göstərici debitor borclarının dönərliliyi, kreditor borclarının dönərliliyi, ehtiyatların dönərliliyi və s. kimi dönərlilik göstəriciləri ilə birgə istifadə olunur.
Hesablanması:
Aktivlərin dönərliliyi (əmsal) = Gəlir / Aktivlərin orta illik dəyəri
yaxud
Aktivlərin dönərliliyi (günlərdə) = 365 / Aktivlərin Aktivlərin dönərliliyi əmsalı
Mənfəət haqqında məlumatı “Gəlir və zərərlər haqqında hesabat”- dan, aktivlərin böyüklüyü haqqında məlumatı isə Balansdan əldə etmək mümkündür. Aktivlərin orta illik böyüklüyünü hesablamaq üçün onların ilin əvvəlindəki və sonundakı məbləği tapılır və ikiyə bölünür.
Dönərlilik göstəriciləri üçün müəyyən normativ yoxdur. Belə ki, onlar da təşkilatın sahə xüsusiyyətlərindən asılıdırlar. Kapital tutumlu sahələrdə aktivlərin dönərliliyi, ticarət və yaxud xidmət sahəsində olduğundan daha aşağı olacaq. Aktivlərin daha yüksək dönərliliyi müəyyən mənada müsbət haldır. Aşağı səviyyəli dönərlilik aktivlərdən istifadənin kifayət qədər effektiv olmamasından xəbər verə bilər. Bundan əlavə, dönərlilik satışların rentabelliyi normalarından asılıdır. Yüksək rentabellikdə bir qayda olaraq, aktivlərin dönərliliyi aşağıdır. Əksinə, aşağı rentabellikdə dönərlilik yüksəkdir. Bir cəhətə diqqət yetirmək lazımdır ki, “aktivlərin rentabelliyi” göstəricisindən fərqli olaraq, aktivlərin dönərliliyi fəaliyyətin gəlirliliyi haqqında təsəvvür yaratmır (yəni, göstərici zərər halında da müsbət dəyərə malik olacaq).
İnvestorlar və biznes sahibləri üçün digər rentabellik göstəricisi – şəxsi kapitalın rentabelliyi daha böyük əhəmiyyətə sahibdir.