15 C
Baku
Sunday, November 24, 2024

Biznesə Dəstək Sistemləri şöbəsinin mütəxəssisi – PASHA Bank

0
Biznesə Dəstək Sistemləri şöbəsinin mütəxəssisi – PASHA Bank
13.05.2019

Vəzifə: Mütəxəssis
Funksiya: Əməliyyatlar
Department: İnformasiya Texnologiyaları
Şöbə: Biznesə Dəstək Sistemləri
Qrup: Biznesə Dəstək Proqram Təminatları
Tabeçilik: Şöbə rəhbəri

Vəzifənin məqsədi

Müəssisə ilə əlaqəli biznes tədbiqlərinin idarə edilməsinə cavabdehdir (ERP, HCM, ECM, CRM, Bar Coding, Moodys Risk Analyst).   

Vəzifə Öhdəlikləri

– Biznes tədbiqi ilə bağlı layihələrin hazırlanma dövrünün bütün mərhələlərini idarə etmək, ilkin biznes tələblərini toplamaq, təklif və qiymətləndirmə hissələri ilə bağlı sorğular hazırlamaq.
– Korporativ standartlara və ITIL təcrübəsinə uyğun mövcud informasiya sistemlərini və vasitələrini idarə etmək.
– Dəyişikliyin idarə edilməsinə uyğunlaşmaq.
– Proqram vasitələrinin və məhsullarının paylanmasının düzgün sənədləşdirilməsini və saxlanılmasını təmin etmək.
– Müqavilənin məzmunu, SLA (xidmət səviyyəsinin müqaviləsi), infrastruktur, lisenziya tələbləri ilə bağlı vendorlar və üçüncü şəxslərlə danışıqlar aparmaq.
– Mövcud biznes tələblərini hazırlamaq və qiymətləndirmək üçün biznes müştərilərinə köməklik göstərmək.
– Son istifadəçilər üçün koçluq etmək və təlimlər vermək.
– İş tapşırıqlarının yerinə yetirilməsini təmin etmək üçün birbaşa menecerlərin və departament müdirlərinin yazılı və şifahi təlimatlarını icra etmək
– Şirkətin məlumatlarının məxfiliyinin qorunmasına məsul olmaq.
– Məsul olduğu sahələr üzrə hesabatlar hazırlamaq.
– Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
– Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
– Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
– Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Biznes tədbiqlərinə dəstək sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
• Lisenziya/ Sertifikat: : Microsoft, Oracle;
• Xarici dil: İngilis dili (yaxşı), Rus (orta);
• Kompüter bilikləri: MS Office, Java, C#, Net, ABAP, SQL;
• Məhsul biliyi: ERP, HCM, ECM, CRM;
• Bazar biliyi: Əsas bank bacarıqları;
• Digər: Biznes prosesinin idarə edilməsi bacarıqları.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Biznesə Dəstək Sistemləri şöbəsinin mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi