10 C
Baku
Tuesday, November 5, 2024

Əlaqə mərkəzinin operatoru (gündüz növbəsi) – Ateshgah Sigorta

0
Əlaqə mərkəzinin operatoru (gündüz növbəsi) – Ateshgah Sigorta
29.10.2019

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Əlaqə mərkəzinin operatoru (gündüz növbəsi)

Namizədə tələblər

• Yaş: 20-30
• Təhsil: Ali və ya orta
• İş təcrübəsi:Müvafiq sahədə olanlara üstünlük verilir
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
• Dil Bilikləri: Rus dili (əla ),Azerbaycan dili (əla),ingilis dili(arzuolunandır)

Əsas vəzifə öhdəlikləri 

• Şirkətin qaynar xəttinə daxil olan və çıxan müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
• Sığorta hadisələrini qəbul etmək və qeydiyyatını aparmaq;
• Müştərilərin müraciətlərinin statistikasının aparmaq
• Birbaşa rəhbərə müntəzəm şəkildə hesabatı təqdim etmək

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş Qrafiki: dəyişkən
• İş yeri: Baş ofis
• Sabit əmək haqqı sınaq müdətində 350 AZN
• Sınaq müddətindən sonra 400AZN

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Əlaqə mərkəzinin operatoru”qeyd etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta