19 C
Baku
Sunday, October 6, 2024

İnsan resursları üzrə mütəxəssis – Sirab ASC

0
İnsan resursları üzrə mütəxəssis – Sirab ASC
Bakı
27.04.2020

İnsan resursları üzrə mütəxəssis

Əsas tələblər:

– Minimum təhsil dərəcəsi: Bakalavriat
– Komputer bilikləri: MS Office – əla;
– Dil bilikləri: İngilis – yaxşı, Rus – yaxşı;
– Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
– Əmək qanunvericiliyi üzrə mükəmməl səviyyədə nəzəri və praktik biliklər;
– Kadr işinin təşkili, E-gov, sənədləşdirmə və hesabatların tərtib edilməsinə dair biliklər;
– Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
– İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

– Keyfiyyət yönümlülük;
– Diqqətlilik;
– İntizamlılıq;
– Yenilikçi və proaktiv yanaşma;

Digər tələb və üstünlük göstəriciləri:

– İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
– İnsan resursları sahəsində beynəlxalq və ya yerli sertifikat;
– Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.

İş barədə:

– Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;
– Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
– İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının elektron Hökumət portalında işlənilməsi;
– Əmək haqqının hesablanması üzrə işlərin icrası;
– İşə qəbul, adaptasiya, insan resurslarının planlaşdırılması, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icrası;
– Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
– Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.

İş vaxtının norması:

– 09:00-18:00 / 5 günlük iş həftəsi

Vəzifə üzrə əmək haqqı:

– Namizədin bilik və bacarığına uyğun olaraq

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə mütəxəssis” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bababək “Sirab” ASC haqqında:

“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Daha ətraflı..
https://www.sirab.az/haqqinda.aspx

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)