Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Park müəssisəsinin ticarət nişanıdır.
VAKANSİYA: İxracat üzrə mütəxəssis
DEPARTAMENT/ŞÖBƏ: Kommersiya
ŞƏHƏR: Sumqayıt
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
• İstehsal edilən məhsulların ixracat satış mexanizminin hazırlanmasında və satışın təşkil edilməsində iştirak etmək.
• Məhsullar haqqında maraq formalaşdırılmasının təşkil etmək.
• Məhsulların bilavasitə ixracat satışında iştirak etmək və məhsulların təyinat məntəqəsinə vaxtı-vaxtında çatdırılmasının təmin etmək.
• İxracat satışın həyata keçirilməsi zamanı müqavilələr və digər müvafiq sənədlərin hazırlanmasını təşkil etmək və buna görə məsuliyyət daşımaq.
• Hazırkı və gələcək müştərilərlə telefon danışıqları və üzbəüz görüşlərin və təqdimatların təşkilini həyata keçirmək.
• Gələcək müştəri mənbələrinin inkişafı və onların potensiallarını müəyyən etmək üçün məlumat mənbələrini tədqiq etmək.
• Cari və perspektiv müştərilər üçün aydın və effektiv yazılı təkliflər hazırlamaq.
• Müştərilərin problemləri və şikayətlərinin tez bir zamanda həll olmasına nail olmaq.
• Marketinq, mühasibat, logistika və texniki dəstək qrupları ilə satış səylərini əlaqələndirmək.
• Şirkət tərəfindən müəyyən edilmiş və daxili təlimatlarda qeyd olunan təhlükəsizlik standartlarına və qaydalarına riayət etmək.
NAMİZƏDƏ TƏLƏBLƏR
• Ali təhsil və ya magistr dərəcəsi (bizness, marketinq və s.oxşar sahələr üzrə);
• Müvafiq vəzifə üzrə 2 ildən az olmayan iş təcrübəsi;
• Yüksək analitik düşünmə qabiliyyəti;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan,İngilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
İŞ SAATI
Həftə ərzində 5 günlük iş qrafiki.
• İş saatı: 09:00-18:00
• Nahar şirkət tərəfindən verilir.
CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |