«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Biznesə dəstək şöbəsi ( Baş mütəxəssis)
Namizədə tələblər
• İş təcrübəsi:ən azı 3 il sığorta sahəsi üzrə iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili ( arzuolunandır )
• Microsoft Office ( Word, Excel, Power Point proqramları)
Vəzifə öhdəlikləri
• Sığorta müqavilələri ilə bağlı yaranan problemləri araşdırmaq;
• Şirkət daxili əməliyyatların prosedur qaydalara uyğun aparılmasını yoxlamaq;
• Cəmiyyətdə maliyyə, reytinq və digər itkilərə gətirib çıxaran dələduzluq və s. neqativ halların aşkarlanması zamanı daxili təhqiqatlar aparmaq;
• Görülmüş işə dair hesabatlar və təqdimatlar hazırlamaq;
• Şirkətin kommersiya sirrinin və digər məxfi məlumatların sızıntısının qarşısının alınması üçün monitorinqlərdə iştirak etmək.
• Müvafiq Dövlət qurumlarına sorğu, müraciət və məktubların yazılması .
Şəxsi keyfiyyətlər
• Analitik təhlil və operativ düşüncə tərzi.
• Danışıqların aparılması , izahatların alınması bacarığı.
• Məsuliyyəti üzərinə götürmək və şəraitə uyğun sərbəst qərar qəbul etmək bacarığı.
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Müxtəlif funksionallı iş rejimi və xüsusiyyətlərinə operativ adaptasiya və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı: Razılaşma yolu ilə
Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Biznesə dəstək şöbəsinin baş mütəxəssisi” qeyd etmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |