7 C
Baku
Sunday, December 15, 2024

Kvalifikasiyaların tanınması şöbəsinin məsləhətçisi – Təhsildə Keyfiyyət Təminatı Agentliyi

0
Kvalifikasiyaların tanınması şöbəsinin məsləhətçisi – Təhsildə Keyfiyyət Təminatı Agentliyi
Bakı
17.12.2020

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Kvalifikasiyaların tanınması şöbəsinin məsləhətçisi” vakansiyası elan edir

Ümumi

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarına uyğun olaraq kvalifikasiyaların tanınması üzrə qabaqcıl beynəlxalq təcrübələr araşdırılaraq mövcud prosesin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Vəzifə

Sizin vəzifəniz Agentliyin Nizamnaməsinə və müvafiq struktur bölməsinin əsasnaməsinə uyğun olaraq kvalifikasiyaların tanınması istiqamətində beynəlxalq təcrübəni öyrənərək cari prosesin təkmilləşdirilməsində iştirak olacaqdır.

Məsuliyyət

1 Tanınma istiqamətində beynəlxalq təcrübəni öyrənmək və cari prosesdə təkmilləşdirməyə dair təkliflər vermək;
2 Xarici ölkələrin tanınma üzrə məsul qurumları ilə əlaqələrin yaradılmasını təmin etmək;
3 Xarici ölkələrin təhsil sistemlərini araşdırmaq;
4 Xarici ali təhsil sənədlərinin tanınması prosesinə nəzarət etmək;
5 Kvalifikasiyaların tanınması sahəsi üzrə təhlillər aparmaq;
6 Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək.

Tələblər

• Ali təhsil;
• Dövlət Qurumlarında və yə digər əlaqəli müəssisələrdə 2-3 illik iş təcrübəsi;
• Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından istifadə bacarığı;
• Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
• Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
• Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
• Təşəbbüslər ilə çıxış etmək bacarığı;
• Gərgin iş rejimində işləmək bacarığı;

Üstünlüklər

1. Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
2. Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
3. Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 15.01.2021

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “KTŞ məsləhətçi” qeyd etməklə göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər