22 C
Baku
Thursday, October 3, 2024

İnformasiya Texnologiya Şöbəsinin Sistem inzibatçısı – Yelo Bank

0
İnformasiya Texnologiya Şöbəsinin Sistem inzibatçısı – Yelo Bank
Bakı
09.02.2021

İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda İnformasiya Texnologiya Şöbəsinin Sistem inzibatçısı vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Siz elektron poçtun “mövzu” yerinə “hazırda İnformasiya Texnologiya Şöbəsi / Sistem İnzibatçısı” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.yelo.az

Struktur: İnformasiya texnologiya şöbəsi
Vəzifə: Sistem inzibatçısı
Bilavasitə tabeçiliyi: Departament rəhbəri

Vəzifə öhdəlikləri:

• Windows və Linux sistemlərinin qurulması və sazlanması;
• Sistemin saxlanılması, sistemin ehtiyat nüsxələrinin yaradılması, sistemin məhsuldarlığının monitorinqi;
• Sistemlərə texniki dəstək və istifadə təlimatların hazırlanması, sistemlərin modernləşdirilməsi, yenilənməsi və miqrasiyası;
• Sistemin təhlükəsizliyinin qorunması;
• Bütün sənədlərin sistem tələblərinə uyğun hazırlanması və vaxtaşırı qiymətləndirilməsi, testlərin keçirilməsi;

Tələblər:

• Windows sistemlərini MCP və Linux sistemlərini RHCE səviyyəsində bilmək;
• Bash və PowerShell scripting ilə iş təcrübəsi;
• Active Directory, MS Exchange quraşdırma, konfiqurasiya və xidmət göstərilməsi uzrə iş təcrübəsi;
• Saxlanc və yedək cihazları ilə iş təcrübəsi;
• VMware və Hyper-V virtualizasiya mühitlərinin layihələndirilməsi, həyata keçirilməsi və dəstəklənməsi üzrə iş təcrübəsi;
• Kompüter şəbəkələri haqqında ümumi biliklər (TCP/IP, HTTP/HTTPS, Load Balancers, Proxies);
• İstehsalat serverlərində xidmətlərin yaradılması və monitorinqin aparılması;
• Əla təşkilatçılıq, analitik düşüncə və müstəqil problem həll etmə bacarıqları.

İş müddətində əldə edəcəksiniz:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İT