Maliyyə şöbəsinin müdiri
Əmək haqqı: 2000-4000 Azn
İş qrafiki : Həftədə 5 gün 09:00-18:00
Vəzifə öhdəlikləri:
• Aylıq , rüblük və illik Vergi və Statistika hesabatlarının hazırlayır;
• Əsas maliyyə hesabatlarını və digər menecment hesabatlarını hazırlayır;
• Maliyyət departamenti əməkdaşları ilə sıx çalışaraq iş prosesinə nəzarət edir və bütün hallarda mühasib və kiçik mühasiblərə işlərində dəstək olur və nəzarət edir;
• Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil verilməsinə nəzarət edir;
• Mühasibat hesabının müxtəlif sahələri üzrə əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər hesabatının aparılmasına nəzarət edir;
• Günlük, aylıq, rüblük, yarımillik və illik istehsal ilə bağlı analizlər , analizlər üzrə xərc hesablarında və ümumi uçotda dəqiqləşmələr aparır və uçot siyasətinin izlənilməsinə nəzarət edir;
• Maliyyə departamentinin proseduruna üzrə işlərin və uçotun izlənilməsinə nəzarət edir;
• Səyyar, kameral, operativ vergi yoxlamaları və daxili , xarici audit yoxlamaları məqsədləri üçün işləri təşkil edir və nəzarət edir;
• Maliyyə ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsini təşkil edir;
• Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirilməsini yoxlayır və nəzarət edir;
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirilmələrinə nəzarət edir;
• Daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasını gerçəkləşdirir;
• Qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsini təşkil edir;
• Hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasını və tərtibini təşkil edir;
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir;
Namizədə Tələblər:
• Müvafiq sahə üzrə ali təhsil;
• Maliyyə-mühasibat işi üzrə idarəçi kimi minimum 5 il iş təcrübəsi;
• Yüksək səviyyədə Azərbaycan dili biliyi(ingilis dili biliyi arzuolunandır);
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
• ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar arzuolunandır;
• Elektron Maliyyə programları üzrə bilik və işlətmə bacarığı;
• Maliyyə sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi
• Analitik təhlil, strateji düşünmə, korporativ işində tətbiq edə biləcək səviyyədə bilmək;
• Statistik və riyazi biliklər
• Zamanı idarəetmə və problem həlletmə bacarığı;
Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini [email protected] ünvanına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, Mühasibatlıq və Maliyyə |