Vakansiyanın adı: Maliyyə monitorinqi bölməsi \ Aparıcı mütəxəssis
Təhsil
Maliyyə – Bakalavr və ya magistr
İqtisadiyyat – Bakalavr və ya magistr
Hüquq – Bakalavr və ya magistr
Xüsusi biliklər
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun – Yaxşı səviyyədə
Bank qanunvericiliyi – Yaxşı səviyyədə
Təcrübə
İqtisadi, maliyyə, analitik sahələrdə və risklərin qiymətləndirilməsi sahəsində iş təcrübəsi – 3 ilədək
Dil bacarığı
Azərbaycan dili – Əla səviyyədə
İngilis dili – Yaxşı səviyyədə
Kompüter bacarığı
MS Office proqramları, xüsusilə Excel – Yüksək səviyyədə
Əlavə bilik və bacarıqlar
Analitik düşüncə
Böyük məlumatlarla (big data) işləmək qabiliyyəti
İşin təşkilində innovasiyalar tətbiq etmə və təşəbbüskarlıq bacarığı
Ünsiyyətqurma və komandada işləmək bacarığı
Test mövzuları
Maliyyə monitorinqi
Əməliyyat riskləri
Bank nəzarəti
Bank qanunvericiliyi
Valyuta qanunvericiliyi
Maliyyə sistemi, maliyyə bazarları və alətləri
Riyaziyyat
Məntiq
Ümumi kompüter bilikləri
İngilis dili
Vəzifə öhdəlikləri
Təqdim olunmuş hesabatlar və digər nəzarət məlumatları əsasında nəzarət subyektlərinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi (PL/TM) risklərini qiymətləndirir, qiymətləndirmə nəticələrindən asılı olaraq nəzarət subyektlərinin PL/TM-ə qarşı mübarizə üzrə qanunvericiliyin tələblərinə riayət etməsinə nəzarət edir, yoxlamalar aparır, PL/TM riski yüksək olan əməliyyatları araşdırır və təhlil edir;
Aparılmış yoxlama və ya digər nəzarət tədbirlərinin nəticələri əsasında nəzarət subyektlərində PL/TM risklərinin effektiv idarə edilməsinə istiqamətlənən fərdi və sistem xarakterli zəruri tədbirlərin tətbiq edilməsi barədə təkliflər hazırlayır;
Təsir, təshih tədbiri və sanksiyaların, məcburi göstəriş, təqdimat və sərəncamların tətbiqinə dair təkliflər hazırlayır;
PL/TM-ə qarşı mübarizə sahəsində və ya departamentin fəaliyyətinə dair hesabatları və sorğuları hazırlayır, habelə daxil olmuş müraciətlərə baxır və sorğulara cavabları hazırlayır;
Bölmənin fəaliyyəti ilə bağlı metodoloji sənədlərin hazırlanmasında və nəzarət subyektlərinə metodoloji dəstəyin göstərilməsində iştirak edir.
Müraciət etmək üçün link: https://www.cbar.az/hr/f?p=100:101:4578391329731:::::
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |