11 C
Baku
Friday, December 27, 2024

Təchizat və satınalma mütəxəssisi – Yelo Bank

0
Təchizat və satınalma mütəxəssisi – Yelo Bank
Bakı
29.07.2021

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İnzibati departamentin Təchizat və satınalma şöbəsi” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə müvafiq filialı və “Təchizat və satınalma mütəxəssisi” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: İnzibati departamentin Təchizat və satınalma şöbəsi
Vəzifə: Mütəxəssis

Bilavasitə tabeçiliyi: Departament direktoru / şöbə meneceri

Vəzifə öhdəlikləri:

– Struktur bölmələrdən daxil olan satınalma sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə icrasını təmin etmək
– Satınalma prosesində yarana biləcək çətinliklərin / uyğunsuzluqların aradan qaldırılması və ya bu istiqamətdə işlərin koordinasiyası
– Tenderlərin təşkilində iştirak etmək
– Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin etmək
– Satınalma prosesində təhlükəsizliyi, keyfiyyəti və qaydalara uyğunluğunu təmin etmək
– Mövcud sifarişlər və tədarük əlaqələri haqqında araşdırma aparmaq
– Mallar, materiallar, komponentlər və ya xidmətlər üzrə müəyyən edilmiş qiymət, keyfiyyət və çatdırılma hədəflərinə uyğun olaraq satınalmanı həyata keçirtmək
– Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparmaq
– Malların yenilənmələri və təfərrüatları ilə bağlı təchizatçılarla sifarişçilər arasında əlaqə qurmaq
– Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edir
– Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reysterinin aparılmasını, davamlı olaraq monitorinq olunmasını təmin etmək
– Təchizat müqavilələri və sazişləri üçün risklərin idarə edilməsini həyata keçirmək
– Faydalı şərtləri təmin etmək üçün xarici və daxili satıcılarla danışıqlar aparmaq
– Təchiz olunan malların və xidmətlərin keyfiyyətinə nəzarət etmək
– Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün tabe olduğu rəhbərliyə sorğu üzrə müqayisə cədvəllərini ( Bids Summary ) təqdim etmək
– Satınalma prosesində baş verə biləcək uyğunsuzların idarə edilməsi və həll yollarının tapılmasını təmin edir
– Struktur daxili müvafiq hesabatların hazırlanmasını, rəhbərə təqdim edilməsini və hesabat fayllarının vaxtı-vaxtında yenilənməsini təmin edir
– Bankın daxili nizam-intizam qaydalarına və etik davranış normalarına daim riayət edir
– Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır
– Daim bankın imic və mənafeyini müdafiə edib qoruyur
– Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar

Tələblər:

– Ali təhsil
– Layihələrin idarə olunması bacarığı
– Satınalma sahəsində minimum 2 il iş təcrübəsi
– Yüksək MS office (Excel) bilikləri
– Yüksək səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə İngilis dili biliyi, Rus dili biliyi üstünlükdür

Biz Sizə nə təklif edirik:

– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
– Könüllü tibbi sığorta proqramına qoşulma
– Müasir idarəetmə sistemi və mehriban kollektiv

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi