7 C
Baku
Thursday, December 12, 2024

Resepşn – Yelo Bank

0
Resepşn – Yelo Bank
Bakı
14.09.2021

Karyerasını “Parlaq bankçılıq”da başlamaq istəyən namizədlərimiz üçün hazırda “Baş ofisimizdə Resepşn” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Resepşn” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Korporativ İdarəetmə departamenti Ümumi şöbə

Vəzifə: Resepşn

Bilavasitə tabeçiliyi: Şöbə meneceri və/və ya departament direktoru

Vəzifə öhdəlikləri:

– Banka müştərilərin cəlb edilməsi üzrə iş, potensial müştərilərə Bankın xidmətlərinə dair ətraflı informasiyanın verilməsi;
– Banka daxil olan məktubların uçotu üzrə işlərin aparılması;
– Daxil olan məktubların və digər sənədlərin qeydiyyat və icrası üçün ümumi şöbənin məsul əməkdaşlarına vaxtında çatdırılmasının təmin olunması;
– Bankdan çıxan məktubların göndərilməsi və ucotu;
– Kuryer xidməti ilə iş;
– Banka gələn müştəriləri/ziyarətçilərin qarşılanması və onların görüş təyin olunan yerə qədər müşayiət edilməsi.

Tələblər:

– Ali təhsil;
– MS Office proqramlarından istifadə etmək bacarığı;
– Yuksək səviyyədə Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili biliyi;
– Stress altında işləmək bacarığı;
– Ünsiyyət qurma bacarığı;
– Yüksək məsuliyyət hissi;
– Vaxtın səmərəli planlaşdırılması;
– Komandada işləmək bacarığı
– Kreativlik və təşəbbüskarlıq;
– Çeviklik və operativlik.

Biz Sizə nə təklif edirik:

– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
– Könüllü tibbi sığorta proqramına qoşulma;
– Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi