7 C
Baku
Thursday, December 12, 2024

Daxili Nəzarət Departamentin Kreditlərə Nəzarət Şöbəsinin Baş mütəxəssisi / Eksperti – Rabitabank

0
Daxili Nəzarət Departamentin Kreditlərə Nəzarət Şöbəsinin Baş mütəxəssisi / Eksperti – Rabitabank
Bakı
21.09.2021

“Rabitabank” ASC Daxili Nəzarət Departamentin Kreditlərə Nəzarət Şöbəsində Baş mütəxəssis / Ekspert vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Əsas vəzifələr:

– Qayda və protokol əsasında gündəlik verilən kreditlərə nəzarət etmək;
– Verilən kreditlərlə bağlı qayda üzrə kənarlaşma müəyyən etdikdə müvafiq filial əməkdaşından izahat almaq, struktur bölmsinin kuratoruna məlumat vermək;
– Sistemdə səhvlərin və çatışmazlıqların aradan qaldırılmasına dair təkliflərini vermək;
– Gündəlik ödənişlərə nəzarət etmək;
– Müştəri müraciətlərini, ərizələrini və şikayətlərini araşdıraraq cavablandırmaq;
– MXD və Filialdan daxil olmuş girovla bağlı məsələləri Elektron İmza vasitəsilə icra etmək və girovların statistikasını aparmaq;
– Prosedur üzrə gecikən kreditlər üçün faizin dayandırılması barədə təklif vermək;
– Birbaşa özününün habelə strukturun fəaliyyətinə aid olan digər vəzifələri həyata keçirmək;
– Bankın rəhbərliyinin habelə birbaşa rəhbərinin müvafiq struktur bölmənin fəaliyyəti ilə bağlı göstərişlərini yerinə yetirmək;

 

Namizədə olan tələblər:

 


– Ali iqtisadi təhsil;
– Müvafiq sahədə azı 2,5 il iş təcrübəsinin olması;
– Analitik düşüncəyə malik olmaq;
– İdarəetmə, nəzarət etmə və təşkilatçılıq qabiliyyətinin olması;
– Komandada işləmək bacarığının olması;
– Operativ və düzgün qərar vermək bacarığının olması;
– Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
– Təşəbbüskarlıq və yeni ideyalara malik olması;
– Excel proqramı üzrə biliklərin olması.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kreditlərə nəzarət” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi