Bakı
10.11.2021
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi/maliyyə təhsili;
- Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 3 il iş təcrübəsi;
- Kollektivlə işləmə bacarığı;
- Analitik problemləri təhlil və həll etmə qabiliyyəti;
- Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənilməsi;
- Türk və ingilis dili biliyi (rus dil biliyi müsbət qarşılanır);
- Microsoft Excel (yüksək səviyyədə), SQL (üstünlük verilir) bilikləri.
Əsas vəzifələr:
- Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
- Korporativ və pərakəndə bank məhsulları ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;
- Bazarda olan bank məhsullarından xəbərdar olub, bazar araşdırmasını həyata keçirmək və bankın mövcud məhsulları ilə müqayisə etmək;
- Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
- Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün aidiyyəti struktur bölmələr ilə işləmək;
- Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
- Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili keçirilməsi;
- Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
- Məhsulun yaradılması proseslərini hazırlamaq və idarə etmək;
- İnkişaf etdirilən məhsulun hüquqi qanunlara, yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
- Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
- İnkişaf etdirilən məhsulun qiymətləndirilməsini və marketinqini həyata keçirmək;
- Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək;
Göstərilən tələblərə cavab verən namizədlər dekabr ayının 15-dək öz CV formalarını təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların inkişafı və yaradılması” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.