23 C
Baku
Tuesday, October 1, 2024

Maliyyə Analitiki – PAŞA Bank

0
Maliyyə Analitiki – PAŞA Bank
Bakı
30.11.2021

“PAŞA Bank” ASC olaraq Maliyyə Analitiki kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

• Maliyyə proqnozları, hesabat və əməliyyat göstəricilərinin izlənilməsi;
• Maliyyə məlumatlarının təhlili və qərarların dəstəklənməsi üçün maliyyə modellərinin yaradılması;
• Büdcələrin, proqnozlaşdırılan gəlir hesabatlarının və balans hesabatı da daxil olmaqla maliyyə məlumatlarının birləşdirilməsi və təhlili;
• Maliyyə və əməliyyat fəaliyyətinin seqment, müştəri, məhsul və gəlirlilik də daxil olmaqla təhlili;
• Hesabatların və mütəmadi olaraq liderlik rəylərinin hazırlanması;
• Keçmiş nəticələrin və variasiyanın təhlili;
• Tendensiyaların müəyyənləşdirilməsi və təkmilləşdirməsi üçün tövsiyələrin verilməsi;
• Trendlərin və proqnozların təhlili və optimallaşdırılması üçün tədbirlərin tövsiyyəsi;
• Dəqiq maliyyə hesabatını təmin etmək üçün Mühasibat və MIS komandası ilə sıx əməkdaşlıq;
• Standart və xüsusi hesabatların, alətlərin və Excel tablosunun yaradılması da daxil olmaqla proses təkmilləşdirmələrinin müəyyən edilməsi və idarəsi;
• Avtomatlaşdırılmış hesabat, proqnozlaşdırma alətlərini inkişaf etdirməklə məhsuldarlığın artırılması;
• Bazar araşdırmasının aparılması və biznes kəşfiyyatının inkişaf etdirilməsi;
• Proqnozlar və modellər yaradan güclü maliyyə təhlili bazasının saxlanılması.

Sizdən nə tələb olunur?

Təhsil: Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat üzrə Bakalavr təhsili
İş təcrübəsi: 1-3 illik biznes maliyyəsi və ya digər müvafiq sahədə təcrübə
Lisenziya / Sertifikat: ACCA və ya ekvivalent sertifikat
Digər: Maliyyə modelləşdirmə texnikalarında yüksək bacarıq
Excel formulları və funksiyaları ilə səlis işləmə bacarığı
Güclü analitik, məlumat toplama və problem həll etmə bacarıqları
Zamanın düzgün idarə edilməsi və təşkilatçılıq qabiliyyəti;

Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Maliyyə Analitiki” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi