“Rabitabank” ASC Naxçıvan şöbəsinə Aparıcı əməliyyatçı vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- ARMB-nın, eləcə də bankdaxili prosedur və qaydalara əsasən Fiziki və Hüquqi şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
- Bank məhsulu və xidmət satışını həyata keçirmək;
- Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının sərəncamlarının icrasını təmin etmək.
VƏZİFƏ ÜZRƏ TƏLƏBLƏR:
- Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsinin olması;
- MS Office proqramlarında peşakar işləyə bilmək bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək, Rus dili arzuolunandır;
- Analitik düşünmə qabiliyyəti;
- Problemləri həll etmə və qarşıya qoyulmuş hədəflərə çatmaq bacarığı;
- Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aparıcı əməliyyatçı (Naxçıvan şöbəsi)” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |